SMS icazə ilə bağlı mühüm açıqlama: "Daha sərt karantin və..."

"Təəssüf ki, son günlər Azərbaycanda COVID-19-a yoluxmada, eləcə də aktiv xəstə sayında artım var. Gün ərzində yoluxanların sayı sağalanların sayını iki dəfədən çox üstələyir. Bu, vətəndaşların sosial məsafə qaydalarına əməl etməməsinin təzahürüdür".
Avtosfer.az teleqraf.com-a istinadən xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kamilə Əliyeva deyib.
Deputat Azərbaycanda vaksinasiyaya yanvarın 18-dən başlandığını qeyd edib: "COVID-19-dan qorunmağın yeganə yolu peyvəndləmədir. Doğrudur, bu proses könüllü olsa da, insanlar arasında çox böyük ruh yüksəkliyi ilə qəbul olunur. Vətəndaşlar peyvənd olunmaq üçün könüllü şəkildə klinikalara müraciət edirlər. Amma bu o demək deyil ki, peyvənd olunduğun gün COVID-ə yoluxma riski sıfırlanır. Bunun üçün vaksinin ikinci dozunu da qəbul etmək lazımdır.
Məlumdur ki, birinci vaksindən sonra orqanizm koronavirusla mübarizəyə başlayır, qanda antitellər yaranır. Antitellərin əmələ gəlməsi ikinci vaksindən sonra 100 faizə yüksəlir".
Kamilə Əliyeva müəyyən vaxtlarda ölkəmizdə yoluxanların sayının azaldığını, sağalma sayının isə çoxaldığını vurğulayıb: "Rəqəmlərin aşağı olması insanlar arasında bir növ arxayınlıq yaratdı, sanki pandemiyadan qurtulmuşuq. Bu baxımdan nə qədər peyvənd olunsaq da, üç qızıl şərtə əməl etməliyik: maska taxmalıyıq, sosial məsafə saxlamalıyıq, gigiyenik qaydalara əməl etməliyik.
Yanvarın sonu, fevralın 1-dən karantin rejimində bir sıra yumşalmalara gedildi. Bu yumşalmalar yoluxmaların müəyyən qədər artmasına səbəb oldu. İndi insanlar daha məsuliyyətli olmalı, qaydalara daha ciddi riayət etməlidirlər".
Deputat qarşıdan gələn Novruz bayramı ərəfəsində insanları daha məsuliyyətli olmağa çağırıb: "Tarixən ölkəmizdə bu bayram yüksək səviyyədə qeyd olunub. Bayram ənənəsinə görə yaxın qohumlar ziyarət olunur, insanlar bir-birinin evinə gedir. Əgər bayramlaşma zamanı karantin tədbirlərinə riayət olunmazsa, yoluxmada kəskin artım dinamikası müşahidə oluna bilər.
Heç kəs virusa yoluxmaqdan sığortalanmayıb. Buna görə də daha sərt karantin rejiminə keçməmək üçün tətbiq olunan bütün qaydalara mütləq əməl olunmalıdır.
Bayramın kütləvi qeyd olunması, insanların rayonlara axışması virusa yoluxmanı şərtləndirir. Düşünmək belə istəmirəm ki, bu, son mərhələdə nələrə gətirib çıxara bilər. Çünki biz o mərhələni keçmişdik, gün ərzində yoluxanların sayı 4 mini ötmüşdü, onlarla ölüm olurdu, xəstəxanalar həddən artıq dolu idi. Həmin günlərə qayıtmamaq üçün vətəndaşlarımızı həm peyvəndlənməyə, həm qaydalara riayət etməyə, həm də bir yerdə toplaşmaqdan çəkinməyə çağırıram.
Əgər istəyiriksə daha sərt karantin və SMS icazə olmasın mütləq şəkildə qaydalara əməl etməliyik".
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










