Şöbə müdiri: “Gələn ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi mühüm yenilikdir”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin müdiri Faiq Mütəllimov Prezident İlham Əliyevin Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin yaşıl inkişafla bağlı mühüm yenilik olduğunu bildirib.
O, “Report”a açıqlamasında Sərəncamın növbəti il ərzində ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəliyin qoyulmasının demək olduğunu söyləyib: “Azərbaycan 2030” Milli Prioritetlər sənədində beş prioritetdən birinin təmiz ətraf mühit və yaşıl artım ölkəsi olaraq bəyan edilib. Həmin prioritetin özünün də yüksək keyfiyyətli ekoloji mühit və yaşıl enerji məkanı alt məqsədləri müəyyən edilib. Sərəncamda da qeyd olunub ki, Azərbaycan tərəfindən son illərdə istər milli, istər regional, istərsə də qlobal səviyyədə ətraf mühitin mühafizəsi, ekoloji məsələlərə diqqətin göstərilməsi, eyni zamanda, iqlim dəyişiklikləri ilə bağlı aparılan işlər çox yüksək qiymətləndirilir. Elə məhz bu məqamda BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilmə qərarı dünya ictimaiyyətinin Azərbaycana, ölkəmizin bu sahədə gördüyü işlərə verdiyi yüksək qiymət kimi dəyərləndirilməlidir. Gələn ilin sonlarında COP29 tədbirində iki həftə ərzində bütün dünya ictimaiyyətinin diqqəti Azərbaycanın üzərində olacaq”.
F.Mütəllimov vurğulayıb ki, son illərdə Azərbaycanda iqlim dəyişikliyi ilə mübarizədə böyük işlər görülür: “İşğaldan azad edilmiş ərazilər və Naxçıvan Muxtar Respublikası “yaşıl enerji” zonası elan olunub. İqlim dəyişiklikləri ilə mübarizədə qlobal fəaliyyətə töhfə kimi bir neçə öhdəlik götürmüşük. 2030-cu ilin istilik effekti yaradan qazların emissiyalarını 35, 2050-ci ilə qədər 40 faiz azaldılması hədəf kimi götürülüb. Eyni zamanda yaşıl enerjiyə keçid istiqamətində bərpa olunan enerji mənbələrindən istifadə həcminin 2030-cu ilə kimi 30 faizə qədər qaldırılması hədəflənib. Düşünürük ki, növbəti ildə də görülən işlərə daha da böyük təkan verməklə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə digər qurumların, vətəndaşların, vətəndaş cəmiyyətlərinin iştirakı ilə daha da geniş tədbirlər həyata keçirmək olar”.
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Prezident fərman imzaladı
Günəşdə iki güclü partlayış qeydə alınıb
İlham Əliyevdən Ələt azad iqtisadi zonası ilə bağlı SƏRƏNCAM
Hamlet Musayevin qızı həbs edildi - Külli miqdarda dələduzluq...
İlham Əliyev ipoteka ilə bağlı fərman imzaladı








