SOCAR-dan benzinin qiyməti ilə bağlı AÇIQLAMA

Premium və super markalı benzin Azərbaycana idxal olunur və bu səbəbdən də qiymətləri beynəlxalq qiymətdən asılıdır.
Bunu Trend-ə SOCAR-ın Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini İbrahim Əhmədov Azərbaycanda AI-95 markalı benzinin bahalaşmasına münasibət bildirərkən deyib.
İ.Əhmədov bildirib: "Dizel və AI-92 benzinindən fərqli olaraq premium və super markalı benzinlər Azərbaycana idxal olunur. AI-92 və dizel yerli istehsal olduğundan qiymətləri dövlət tərəfindən təyin olunur, AI-95 və AI-98, yəni premium və super markalı benzinlər isə xaricdən gətirilir, buna görə qiymətləri istehsalçı ölkədən, istehsalçı zavoddan, onun satdığı qiymətdən asılıdr və bu qiymətlər dünya bazarlarındakı neft və neft məhsullarının qiymətinə uyğun olaraq dəyişir".
SOCAR rəsmisi xatırladıb ki, pandemiyadan əvvəl premium benzinin qiyməti 1,50 manat olub, pandemiya zamanı neftin qiyməti düşəndə bu rəqəm 1.10-1.20 manata, sonra 1.25 manata düşüb, indi isə 1.40 manata yüksəlib:
“Bunun səbəbi dünya bazarlarında neftin qiymətinin artması və buna görə bu marka benzini istehsal edən ölkələrin və zavodların qiymətləri artırmasıdır. Qiymət dünya bazarlarınDa düşərsə, bu markalı benzinin qiyməti ölkəmizdə də dəyişəcəkdir. Gələcəkdə, 2022-ci ildə, Heydər Əliyev Neftayırma Zavodunun modernləşdirilməsi başa çatdıqda, özümüz də müəyyən miqdarda Aİ-95 benzini istehsal edə biləcəyik və belə olan halda prinsip etibarilə, artıq beynəlxalq markadan və benzinin beynəlxalq qiymətlərindən asılı olmayacağıq. Ancaq hazırda bu marka benzin ölkəyə idxal edildiyi üçün beynəlxalq qiymətdən asılılıq var”.
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA












