SOCAR qanunsuz yanacaqdoldurma məntəqəsi tikib? - AÇIQLAMA

SOCAR ona məxsus olduğu iddia edilən yanacaqdoldurma məntəqəsinin qanunsuz tikilməsi barədə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına münasibət bildirib. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a açıqlama verən SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib ki, sözügedən yanacaqdoldurma məntəqəsi müqavilə ilə SOCAR brendindən istifadə etməklə fəaliyyət göstərib: “Bu yanacaqdoldurma məntəqəsi franşiza əsasında, yəni SOCAR-ın brendindən istifadə barədə müqaviləyə əsasən fəaliyyət göstərib. Belə ki, məntəqənin özü SOCAR-a məxsus olmayıb. Franşiza sazişində qarşı tərəf olan sahibkar həmin müqavilənin dayandırılması ilə bağlı bildiriş verib”.
Qeyd edək ki, mətbuatda Bakı-Ələt–Astar magistral yolun üzərində yerləşən “Hacıoğlu”, “Ulduz”, “Cız-bız”, “Masallı” restoranlarının və SOCAR-ın yanacaqdoldurma məntəqəsinin Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin araşdırmasına əsasən qanunsuz olduğu üçün sökülməsi barədə məlumat yayılıb.
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO












