SOCAR Tayvana ilk dəfə karbondan təmizlənmiş xam neft göndərib

“CPC Corp” neft emalı şirkəti bazar günü Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti olan “SOCAR Trading”dən ölkənin ilk karbon dioksitdən təmizlənmiş xam neft yükünü qəbul edib.
Avtosfer.az-ın verdiyi məlumata görə, bu barədə CPC neft emalı şirkəti açıqlama yayıb.
Məlumata görə, təxminən 1,05 milyon barel həcmində “Azeri Light” markal Azərbaycan nefti Tayvana çatdırılıb.
Bildirilir ki, istixana qazı emissiyaları “Verified Carbon Standard” (VCS) tərəfindən sertifikatlaşdırılmış karbon kvotaları (kreditləri) ilə kompensasiya edilib. İstixana qazları tullantıları “Deloitte” və “Siglar Carbon” şirkəıtlərinin dəstəyi ilə hesab lanıb.
Məlumata görə, “SOCAR Trading” VCS-nin qeydiyyatdan keçmiş karbon tullantılarının tədarükü və ləğvini təşkil edib və strukturlaşdırıb. Ancaq şirkət təzminatın dəyərini açıqlamayıb.
CPC şirkəti əlavə edib ki, kreditlər altı ildən az əvvəl verilib. Belə ki, bu kreditlərin əksəriyyəti əlavə İqlim, İcma və Biomüxtəliflik (CCB) akkreditasiyasına malik təbiətlə bağlı layihələrdən əldə edilib.
Qeyd edək ki, CPC şirkəti Tayvanda Taoyuan və Dalin şəhərlərində birləşmiş gündəlik emal gücü 600 min barel olan iki neftayırma zavodunu idarə edir.
“Report”
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












