SOCAR Ukraynaya 10 min ton “Rosneft” istehsalı olan dizel yanacağı çatdırıb

Rusiyanın “Rosneft” şirkətinin istehsalı olan neft məhsullarının Ukraynaya tədarük edilməsi üçün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Rosneft” şirkətinin birgə təsis etdikləri “SOCAR New Enegry” şirkəti 24-30 may tarixləri arasında bu ölkəyə 9,9 min ton dizel yanacağı tədarük edib.
Avtosfer.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə “A-95” Konsaltinq Qrupunun hesabatında deyilir.
Məlumata görə, bu həcmlərin 3 min tonu “Bel Petrol Treydinq” şirkətinin ünvanına, 2,8 min tonu isə “Libro Treydinq” şirkətinə çatdırılıb. Son alıcılar “BS Oil (Unimex) və “BRSM-Nafta” şirkətləri olub. Belə ki, “BS Oil (Unimex) üçün 2,5 min ton, “BRSM-Nafta” üçün isə 1,6 min ton dizel yanacağı tədarük edilib.
Qeyd etmək lazımdır ki, “SOCAR New Energy” şirkətinin ümumi həcmlərindən 2 min tonu isə OKKO Qrupuna daxil olan şirkətlərdən birinin adına müqavilə bağlanıb. Ancaq sonra bu şirkət bu resursu yuxarıda adıçəkilən şirkətlərdən birinə satıb.
Nəşr bildirir ki, OKKO şirkəti “Rosneft”in istehsalı olan dizel yanacağının ilk partiyasını mayın 24-də əldə edib.
Nəşrin mənbələrinin məlumatına görə, yeni operatorun may ayı üçün kvotası 100 min tondan artıq dizel yanacağı və 12 min ton sıxılmış qaz təşkil edir. Ancaq bazar iştirakçıları daha öncə bildiriblər ki, tədarükün başlanması üçün ehtimal olunan dövr yalnız iyun ayının əvvəli ola bilər.
Daha önçə bildirilib ki, SOCAR-ın TERM müqavilələri üzrə ilk mayeləşdirilmiş neft qazı tədarükü 2021-ci ilin iyul ayından təklif edilə bilər. İlk belə müqavilənin orta dəyəri “Argus daf Brest” kotirovkası üzrə aylıq hər ton üçün 25 ABŞ dolları təşkil edə bilər. “SOCAR New Enegry” “Rosneft” şirkətinin avtomobil qazının spot partiyalarını may və iyun aylarında ortalama “daf Brest” kotirovkası üzrə hər ton üçün 40 ABŞ dolları dəyərində satışını təklif edir.
Prezident İlham Əliyev Cəbrayıla səfər etdi - FOTO - YENİLƏNİB
Bakıda bu marşrutların istiqaməti dəyişdi - SƏBƏB
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək - Prezident təsdiqlədi
DTX-nin axtardığı Xətayi KİMDİR? - DOSYE+FOTO
Bu qurumlar "Bakı Metropoliteni"nə birləşdirildi - RƏSMİ
Bir qrup mədəniyyət xadiminə Prezidentin fərdi təqaüdü veriləcək
Bir ixtisas üzrə QƏBUL DAYANDIRILDI - DİQQƏT
Prezident İrəvandakı tədbirdə onlayn çıxış etdi - FOTOLAR - YENİLƏNİB
Hikmət Hacıyev diplomatik korpus üzvlərinin Qarabağa səfərindən görüntülər paylaşıb - VİDEO
İlham Əliyev onu təltif etdi - SƏRƏNCAM
Bayrağa hörmətsizlik etdi, cavabı ağır oldu - VİDEO








