Sökülən mənzilə görə bu qədər KOMPENSASİYA ALACAQSINIZ
Bakıda pilot layihə kimi binalar və fərdi evlərin söküntüsü zamanı əhaliyə yeni tikiləcək binalardan mənzillər və ya kompensasiya təklif olunur. Vətəndaşlar istəkdən asılı olaraq daşınmaz əmlaklarına görə sökülən evləri qarşılığında kompensasiya alırlar.
Bəzən vətəndaşlara təqdim olunan kompensasiyanın həcmi böyük narazılıq doğurur. Belə ki, tikinti şirkəti ilə razılaşmayan sakinlər onlara təqdim edilən pulun az olmasını əsas gətirərək evlərini tərk etməkdən imtina edirlər.
Bəs sökülən evə görə mənzil sahibinə nə qədər kompensasiya ödənilməlidir?
Məsələ ilə bağlı Referans.az-ın sorğusunu cavablandıran əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, Bakıda inşa olunan pilot layihələrdə vətəndaşların narazı qaldığı əsas məsələlərdən biri kompensasiyanın ödənişidir:
“Nazirlər Kabinetinin 86 saylı qərarına əsasən Bakıda pilot layihələr üzərindən köhnə, istismar müddətini bitirmiş və qəzalı vəziyyətdə olan binaların sökünütüləri başlanıldı. Bu günə qədər onlarla köhnə çoxmənzilli yaşayış binaları sökülərək yeni tikili binalarla əvəzləndi. Hazırda söküntü işləri sürətlə davam edir ki, burada sökünütü işlərini aparan öz sektordur ki, həmin binaları sökür, onların yerində yeni binalar inşa edir və mənzil sahiblərinə sökdükləri gündən etibarən kirayə pulu verir, köç xərclərini verir”.
Ekspert qeyd edib ki, daha sonra həmin sakinlərə sökdükləri binaların yerindən 20 faizdən artıq sahəsi olan mənzillər təhvil verilir. Onun sözlərinə görə, vətəndaşa ödənilən kompensasiya təqribən həmin 20 faiz ümumi artıq sahədir: “Bu da vətəndaşın təqribi 2-3 il müddətində gözlədiyinə görə olan kompensasiyalardır. Bundan əlavə həmin ərazilərdə sökülən evlərin əvəzinə vətəndaşa yeni tikili binadan verilən mənzillərin satış qiymətindən vətəndaşın köhnə mənzilinin satış qiymətindən demək olar ki, 2 dəfəyə qədər baha qiymətə bazarda dəyərləndirilir”.
Bəzi ərazilər də var ki, özəl şirkətlər həmin əraziləri sökərək yerində hər hansısa bir tikinti işləri aparır, o zaman isə vətəndaşa verilən məbləğ ərazi üzrə qiymətləndirilir və bazar qiymətinə uyğun olaraq vətəndaşlara kompensasiya verilir – deyə Elnur Fərəzliyev əlavə edib.
18 oktyabr ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
Prezidentdən Valeh Ələsgərovla bağlı SƏRƏNCAM
Bu yolda nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək
Yük maşını sürücüləri qəza törətməmək üçün bu qaydalara əməl etməlidir – XƏBƏRDARLIQ
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı












