Son 4 ildə nə qədər ərazi mina və partlayıcılardan təmizlənib?

2020-ci ilin noyabr ayından 2024-cü ilin 30 noyabr tarixinədək ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələri və yerli minatəmizləmə şirkətləri tərəfindən aparılan minatəmizləmə əməliyyatları nəticəsində ümumilikdə 176 237 hektar ərazi minalardan və müharibənin partlayıcı qalıqlarından təmizlənib.
Avtosfer.az xəbər verir ki, bunu Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin İcmal konfransında Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyinin sədri deyib.
O bildirib ki, 34 996 ədəd piyada əleyhinə mina, 21 022 ədəd tank əleyhinə mina və 118 999 ədəd partlamamış hərbi sursat olmaqla, ümumilikdə 175 017 ədəd mina və müharibənin digər partlayıcı qalıqları aşkar edilərək zərərsizləşdirilib.
"Statistikaya əsasən Azərbaycandakı mina qurbanlarının sayı 3400 nəfərdən artıqdır. Onların 359 nəfəri uşaq, 38 nəfəri qadınlardır. 10 noyabr 2020-ci ildən bugünədək 382 nəfər mina partlayışının qurbanı olub. Onlardan 70 nəfəri həlak olub, 312 nəfəri xəsarət alıb. Həlak olanlardan 55-i, xəsarət alanlardan 143-ü mülki şəxslər olub", - deyə sədr qeyd edib.
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir" - VİDEO
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA
Baş nazirdən dövlət müəssisələri ilə bağlı mühüm qərar
Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?
Şəkidə sakinlər öz pulları ilə yol çəkirlər - VİDEO
Azərbaycanlı dənizçilər üçün təhlükəli gəmiçilik yolu
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
Hava kəskin dəyişəcək: BU TARİXDƏ
Bu xəbər çoxlarını sevindirəcək - Bir qərar çox şeyi dəyişə bilər!
Prezident və ailəsi FIFA U-15 dünya çempionatının açılış mərasimini izləyib - FOTOLAR - YENİLƏNİB












