“Son proseslər Ermənistanın Suriyaya bənzədiyini deməyə əsas verir” - Hacıyev
Xəbərlər
20 Sentyabr 2023 19:08
Oxunub 946

“Ermənistan bir çox hallarda özünün günahkar olduğu məsələlərin həllini regionda görmür. Onlar bu həlli regiondan kənar qüvvələrin vasitəsi ilə həll etməyə çalışırlar”.
Bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, regional sülh gündəliyi üçün problemlərin region çərçivəsində həll olunması vacibdir:
“Azərbaycan bu sülh gündəliyini dəstəkləyir. Amma son dövrlər baş verən proseslər Ermənistanın Suriyaya bənzədiyini deməyə əsas verir”.
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR













