"Starship" kosmik gəmisinin test uçuşu starta 40 dəqiqə qalmış LƏĞV EDİLDİ

Çoxdəfəlik "Starship" kosmik gəmisinin və "Super Heavy" raketdaşıyıcısının çərşənbə axşamına planlaşdırılan səkkizinci sınaq uçuşu starta 40 dəqiqə qalmış ləğv edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə "RIA Novosti" məlumat yayıb.
Ləğvetmənin səbəbi açıqlanmayıb.
"SpaceX"in Ay missiyaları üçün hazırladığı "Starship" sistemi bundan əvvəl yeddi sınaq uçuşundan keçib. Keçən il həyata keçirilən dörd uçuş uğurla başa çatıb. Lakin sonuncu - 17 yanvar tarixində baş tutan sınaq uğursuz olub: ikinci mərhələ orbitə çata bilməyib və "Starship" raketdən ayrıldıqdan sonra dağılıb. Prototipin qəzaya uğraması videoya düşüb.
Buna baxmayaraq, "SpaceX"in baş direktoru İlon Mask bildirib ki, daha bir test uçuşu bir sıra təkmilləşdirilmiş detalların yoxlanılmasına imkan verib. Onun sözlərinə görə, kosmik gəmidə mühərrikin yanğından qoruyan arakəsməsinin üst boşluğunda oksigen və ya yanacaq sızması baş vermiş ola bilər.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












