“Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” - FOTO

Aprelin 30-u Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul şəxsləri üçün “Strateji kommunikasiya və böhran kommunikasiyasında yeni trendlər” mövzusunda təlimlər başa çatıb.
ADA Universitetinin akademik işlər üzrə prorektoru Elkin Nurməmmədov çıxışında bildirib ki, müasir dövr mətbuat xidmətlərindən çevik yanaşma tələb etdiyindən bu təlimlər kommunikasiyaya məsul şəxslərin fəaliyyətinin səmərəliliyinin artırılmasına, onların sürətlə dəyişən media mühitinin trendlərinə çevik şəkildə uyğunlaşmasına və iş keyfiyyətlərinin artırılmasına fayda vermək məqsədi ilə həyata keçirilib.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov qeyd edib ki, informasiya sabitliyinin təmin olunması, dezinformasiyanın qarşısının alınması və ictimai marağın düzgün istiqamətləndirilməsi kommunikasiyaya məsul şəxslərin əsas prioritetlərindəndir. O vurğulayıb ki, dövlət qurumlarının media ilə konstruktiv əməkdaşlığı, məlumatların ictimaiyyətə operativ, dolğun şəkildə çatdırılması qarşılıqlı etimadın qurulmasında vacib komponentlərindəndir.
ADA Universitetinin Akademik işlər üzrə prorektorunun müşaviri, İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva yekunda çıxış edərək, iştirakçıları sessiyaları başa vurmaları münasibətilə təbrik edib, təlim nəticələrini diqqətə çatdırıb. O, qeyd edib ki, ADA Universiteti ilə Medianın İnkişafı Agentliyi arasında illər boyu davam edən əməkdaşlıq həm kommunikasiya üzrə məsul şəxslərin inkişafına, həm də ölkəmizdə media sahəsinin müsbət istiqamətə doğru dəyişməsinə fayda verən strateji tərəfdaşlıqdır. Əlavə edib ki, İxtisasartırma Proqramının birgə təşkil etdiyi təlim sessiyasına iki qrup üzrə qoşulan 29 iştirakçı yalnız öz bacarıqlarını inkişaf etdirməklə kifayətlənməyəcək, onlar həm də öyrəndiklərini başqalarına ötürərək bilik paylaşımını təmin edəcəklər.
ADA Universitetinin professoru, İnkişaf və Diplomatiya İnstitutunun Siyasi Araşdırmalar, Təhlillər və Nəşrlər üzrə direktoru Damyan Krineviç strateji kommunikasiya, böhran halları və reputasiya məsələlərinə dair çıxış edərək ictimaiyyətlə əlaqələrə məsul şəxslərlə faydalı müzakirələr aparıb.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunublar.






















1 / 10










Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












