"Suriyadakı vəziyyəti çox yaxşı bilirdim" - DTX-nin həbs etdiyi şəxs

Terrorçuluğu maliyyələşdirməkdə təqsirləndirilənlər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işinin məhkəmə prosesi keçirilib.
Avtosfer.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Elçin Əzizov sərbəst ifadə verib.
Təqsirləndirilən əvvəllər 4 ay Suriya Ərəb Respublikasında yaşayaraq müxtəlif yardım qruplarında iştirak etdiyini deyib:
“Mən Suriyada olduğum üçün oradakı vəziyyəti çox yaxşı bilirdim. Azərbaycana gəldikdən sonra İdlib şəhərinə Elşənin vasitəçiliyi ilə pul göndərirdim. Yardımın oraya çatması və paylanması ilə bağlı Elşən mənə oradan şəkil, videolar göndərirdi. Mən də onları yardıma dəstək verən şəxslərə göndərirdim ki, pullarının hara getdiyini görsünlər. Təxminən 10-15 dəfə yardım etmişəm. Yardımlarım 2023-cü ilin avqust ayından 2024-cü ilin oktyabr ayına kimi davam edib".
Elçin Əzizov Xəqani Ömərovu əvvəllər tanımadığını və ilk dəfə istintaq zamanı gördüyünü bildirib. Eyni zamanda Anar Salamzadəni də bu işlə əlaqədar tanımadığını vurğulayıb.
Növbəti proses avqustun 12-də davam etdiriləcək.
Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar. İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.
Təqsirləndirilən şəxslərə qarşı AR Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












