Sürücülər avtomobillərini saxlamağa yer tapmırlar - Cərimə olunurlar - VİDEO

Bərdədə bazara alış-verişə gələnlər avtomobillərini saxlamağa yer tapmırlar. Yol kənarında maşınları park edənlər isə cərimə edilir.
Avtosfer.az xezerxeber-ə istinadən xəbər verir ki, alış-verişə gələn sürücülər cərimə edilir. Görüntülər Bərdə şəhərində lentə alınıb.
Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində , yerləşən kənd təsərrüfatı məhsullarının satıldığı ticarət mərkəzinə alış verişə gələn sakinlər avtomobillərini saxlamağa yer tapmırlar. Onların sözlərinə görə, bazarın dörd bir tərəfinə dayanma durmanı qadağan edən yol nişanları qoyulub.
Üstəlik taksilərin dayanması üçündə hər hansı yer nəzərdə tutulmayıb. Taksi sürücüləri bazar ətrafinda fəaliyyət göstərmək üçün yer ayrılmasını istəyirlər.
Baş Dövlət Yol Polisi İdarəsinin "Siqnal" İxtisaslaşdırılmış Layihə-İstehsalat İdarəsinin Ağdam Regional İstismar İdarəsindən isə bildirilib ki, sözü gedən əraziyə bir neçə il əvvəl adiyyatı qurumların müraciəti əsasında dayanma durma qadağan edən yol nişanları yerləşdirilib. Çünki həmin ərazidə avtomobillərin hərəkətində çətinlik yaranırdı. Əgər müraciət edilərsə məsləyə yenidən baxıla bilər -deyə idarədən bildirilib.
Ağdama köç şəhərdə nəqliyyat sistemini necə formalaşdıracaq? - EKSPERT
İlham Əliyev Fərman İMZALADI
Bakının bu küçələri BAĞLI OLACAQ
Bakıda 46 küçədə təmir işləri yekunlaşıb, 32 km uzunluğunda YOL YENİLƏNİB
Azərbaycanda uşaqpulu bərpa edilir?
Kəmaləddin Heydərovun oğullarından Hollivud layihəsinə sərmayə - Kassada uğursuz oldu
Tulin Ələkbərova və tələbəsi azadlığa buraxıldılar
Sudan xüsusi məqsədlərlə istifadəyə görə ödənişlər bu gündən qüvvəyə minir - RƏSMİ
Hospital binanın həyətində olan parklanma yerlərini zəbt edib? - VİDEO
Ramiz Mehdiyevə yeni ittiham elan olunub
FHN əhaliyə XƏBƏRDARLIQ EDİB










