Taksi sahəsində aparılan islahatlar mühüm nəticələr verir - AYNA rəsmisi

Azərbaycanda taksi şirkətləri gediş haqlarını artırdığı bir vaxtda, xidmət keyfiyyətinə və sürücülərin peşəkarlığına nəzarət məsələsi gündəmdədir.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, taksi sahəsindəki islahatlar nəticəsində son bir ildə mühüm nəticələr əldə olunub:
“Belə ki, taksi ilə sərnişin daşımaları sahəsində icazələrin tətbiqi davam edir. Bu istiqamətdə fəaliyyət göstərən daşıyıcılar və onların nəqliyyat vasitələri müvafiq qaydada uçota alınır. Bu məqsədlə “E-daşıyıcılar” alt sistemi hazırlanıb və istifadəyə verilib. Sürücülərin peşəkarlığını artırmaq məqsədilə onlar xüsusi hazırlıq proqramlarına əsaslanan təlimlərə cəlb olunur. Təlim zamanı taksi ilə sərnişin daşımaları qaydaları, sürücü və sərnişinlərin hüquq və vəzifələri, nəqliyyat vasitələri tələbləri, etik davranış qaydaları, müasir texnologiyalardan istifadə, iş və istirahət rejimi, hərəkətin təhlükəsizliyi və ilkin tibbi yardım mövzuları əhatə edilir. Təlimin sonunda DİM tərəfindən imtahan aparılır. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları sahəsində fəaliyyət göstərən hüquqi və ya fiziki şəxslər icazəyə müraciət edərkən reysqabağı texniki baxış, sürücülərin tibbi müayinəsi və narkoloji testləri təsdiq edən sənədləri təqdim etməlidirlər”.
Tural Orucov qeyd edib ki, AYNA bununla bağlı mütəmadi reydlər və nəzarət tədbirləri həyata keçirir:
“Hazırda taksi parkları tərəfindən reysqabağı texniki baxış və tibbi müayinələr aparılır. Bununla yanaşı, xidmətlərin elektron və rəqəmsal platformalar vasitəsilə həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Taksi fəaliyyəti sahəsində elektron nəzarət “E-taksi” alt sistemi vasitəsilə təmin olunur. Sistem sürücülərin iş və istirahət vaxtlarını izləyir, pozuntu aşkar edildikdə avtomobillər xidmətdən kənarlaşdırılır və müvafiq xəbərdarlıqlar göndərilir. Operatorların proqram təminatında nəqliyyat vasitələrinin avtomatik tanınması funksionallığı yaradılıb. Sürücülərin üz tanınması üçün SİMA qeydiyyatı tətbiq edilir. İslahatlar nəticəsində əvvəlki şikayətlər, xüsusən sərnişinlə sürücü münasibətləri və köhnə avtomobillərlə bağlı məsələlər, azalıb. Hazırda əsas şikayətlər sifariş edilmiş ünvanlara uyğun olmayan nəqliyyat vasitələrinin göndərilməsi ilə bağlıdır”.
Onun sözlərinə görə, daxili tərtibata əsasən, taksilərdə bir sıra tələblərə əməl olunmalıdır:
“POS-terminal, videoqeydiyyat cihazı, sürücü və daşıyıcı haqqında məlumat lövhəsi və “Tütündən istifadə qadağandır” nişanı olmalıdır. Aparılan monitorinqlər və sərnişin şikayətləri nəticəsində pozuntu aşkar edildikdə, nəqliyyat vasitələri xidmətdən kənarlaşdırılır və icazələr dayandırılır”.(metbuat.az)
Azərbaycanda avtonom nəqliyyata nəzarət mərkəzi yaradılacaq - Prezident TƏSDİQLƏDİ
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO










