Taksi sürücüləri nağdsız ödənişləri niyə qəbul etmək istəmir? - AÇIQLAMA

Ölkəmizdə müxtəlif xidmət sahələrinin nağdsızlaşdırmaya inteqrasiya edildiyi bir zamanda taksi sürücülərinin çoxu nağd ödənişlərə üstünlük verirlər. Bu isə vətəndaşların haqlı narazılığına səbəb olur.
Taksi sürücüləri Trend-ə bildiriblər ki, ödəniş kartla olduqda bu pulun nağdlaşdırılması bir neçə gün çəkir.
Onlar qeyd ediblər ki, bu vəziyyəti sərfəli hesab etmirlər.
Məsələ ilə bağlı Trend-ə açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, ölkəmiz nağd ödənişdən onlayn ödənişə keçmə prosesinin keçid dövrünü yaşayır.
"Bu keçid dövrü ən azı beş il vaxt aparacaq. Sürücülərin nağd ödəniş istəməsinin bir neçə səbəbi var. Ödəməni dəqiq ala bilməməsi, pulunu vaxtında götürə bilməməsi srücülər üçün sərfəli deyil. Bu səbəblərə görə bu işlərin təkmilləşməsinə ehtiyac var. Görülən işlərin daha effektiv alınması üçün bank ödəmələri vaxtında edilməlidir".
Ekspert bildirib ki, sürücü kartla edilən sifarişdən imtina edərsə, müştərinin sifariş götürən taksi şirkətinə şikayət etmək hüququ var.
"Bu, müştərilərin hüquqlarının pozulmasıdır. Bu prosesi yalnız şirkətlərin özü ilə tənzimləmək olar. Ancaq taksi sürücülərinin çoxunun taksi şirkətləri ilə heç əmək müqaviləsi belə yoxdur. Onların öhdəliyi yoxdur deyə belə hallara tez-tez rast gəlinir", - deyə o qeyd edib.
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ












