Taksi sürücüləri serfitikatı necə almalıdırlar?

Taksi sürücülərinin təlim keçmələri üçün mərkəzlərin sayı artırılır.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) “Trend”in sorğusuna cavab olaraq bildirilib ki, taksi xidməti sektorunda göstərilən xidmətin keyfiyyətinin yüksəldilməsi, bu sahədə mövcud qanunvericilik bazasının günümüzün tələbinə uyğunlaşdırılması məqsədilə mühüm islahatlara başlanılıb.
Belə ki, taksi fəaliyyəti göstərmək istəyən hüquqi şəxslər və ya fərdi sahibkarlar buraxılış vərəqəsi əldə etməli, taksi kimi istifadə olunan nəqliyyat vasitəsi üçün icazə kartı almalı və sürücülər üçün nəzərdə tutulan xüsusi təlimlərdən keçməlidirlər.
Taksi fəaliyyətinin tənzimlənməsinə dair oktyabrın 1-də qüvvəyə minəcək qanunvericiliyin tələblərinin yerinə yetirilməsi məqsədilə taksi minik avtomobillərinin sürücüləri üçün təlimlər keçirilir.
Taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə artıq bir həftədir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Təlim-Tədris Mərkəzində təlimlər keçirilir. 5 günlük xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən 25 sürücüyə artıq şəhadətnamələr də təqdim olunub.
Müvafiq sahə üzrə yüksək ixtisaslı və təcrübəli müəllim heyəti qruplarda dərsləri davam etdirir. Təlim-Tədris Mərkəzindəki təlimlərdə iştirak etmək istəyən taksi sürücüləri Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən mərkəzin inzibati binasına, həmçinin, AYNA-nın “1181” Çağrı Mərkəzinə müraciət edə bilərlər.
Sürücü sayını nəzərə alaraq və tədris prosesini sürətləndirmək məqsədilə Peşə təhsili üzrə Dövlət Agentliyinin müəyyən etdiyi peşə məktəblərində də təlimlərə başlanılıb. Bu təlimlərdə iştirak etmək istəyənlər isə qeydiyyat üçün https://forms.office.com/r/F8K5hMJsSH elektron ünvanına müraciət etməlidirlər.
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










