Taksi sürücüsünə basqın edən gənclərin məhkəməsi başladı

Şəki Apellyasiya Məhkəməsində Ucarda quldurluq etməkdə təqsirləndirilən Əhmədov Elxan Yalçın oğlu, Məcidov Əbdürrəhim İlqar oğlu və İbrahimov Əli Saday oğlunun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası avqustun 22-nə təyin edilib.
Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elxan Əhmədovla Əli İbrahimov 8 il və Əbdürrəhim Məcidov isə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd: Hadisə ötən ilin dekabrında Ucar şəhərinin Oğuz küçəsində baş verib. Şəhər sakini Əliyev Vüqar Qasım oğlu polisə müraciətində bildirib ki, avtomobilinin yük yerinə 7 min manat dəyərində qızıl üzüklər olan çantanı qoyarkən 2 nəfər tibbi maskalı naməlum şəxs ona yaxınlaşıb. Həmin şəxslər çantanı tələb ediblər.
V.Əliyev imtina etdikdə isə ona xəsarət yetiriblər və avtomobilin şüşəsini sındıraraq qaçıblar.
İstitnaq əməliyyat tədbirləri ilə quldurluğun Ucar şəhər sakinləri 20 yaşlı Əhmədov Elxan Yalçın oğlu, 17 yaşlı Məcidov Əbdürrəhim İlqar oğlu və 19 yaşlı İbrahimov Əli Saday oğlu tərəfindən törədilməsi müəyyən edilib.
Faktla bağlı 3 maddə ilə cinayət işi başlanıb.
Pravda.az
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











