Tanınmış iqtisadçı "Odlar Yurdu" Universitetinə prorektor təyin edildi

Tanınmış alim, iqtisad elmləri doktoru, professor Elşad Məmmədov yeni vəzifəyə təyin olunub.
Avtosfer.az xəbər verir ki, E.Məmmədov "Odlar Yurdu" Universitetində Beynəlxalq əlaqələr və strateji inkişaf üzrə prorektor vəzifəsinə təyin olunub.
Qeyd edək ki, 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNUC) Kommersiya və Beynəlxalq iqtisadi münasibətlər fakültəsini fərqlənmə diplomu ilə başa vurub.
1999-2004-cü illərdə UNEC-də böyük laborant, 2004-2007-ci illərdə baş müəllim, 2007-2015-ci illərdə dosent vəzifələrində işləyib.
2007-2015-ci illərdə Kommersiya fakültəsində dekan müavini vəzifəsində çalışıb. 2007-2015-ci illərdə, həmçinin rabitə və yüksək texnologiyalar nazirinin məsləhətçisi vəzifəsində çalışıb.
2004-cü ildə ona Ali Attestasiya Komissiyasının (AAK) qərarı ilə "iqtisad elmləri namizədi", 2015-ci ildə isə "iqtisad üzrə elmlər doktoru" elmi dərəcəsi verilib.
2019-ci ildə AAK-ın qərarı ilə "professor" elmi adına layiq görülüb.
Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İqtisadiyyat (rus dilində) kafedrasının professorudur.
Xatırladaq ki, professor Elşad Məmmədov Azərbaycanda kifayət qədər tanınmış şəxsin - Azərbaycan Respublikası Ali Sovetinin sabiq sədri Yaqub Məmmədovun oğludur.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












