Tanınmış oftalmoloqla bağlı şikayət əsasında açılan cinayət işinə xitam verildi

Tanınmış oftalmoloq Cahid Şahbazovun etdiyi göz əməliyyatından sonra görmə qabiliyyətini itirən Humay Əliyevanın şikayəti əsasında başlanılmış cinayət işinə xitam verilib.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, buna səbəb onların öz aralarında barışıq əldə edilməsi olub.
Həkimin zərərçəkən şəxsə kompensasiya ödədiyi bildirilir.
Qeyd edək ki, iyul ayında Humay Əliyevanın "Caspian International Hospital"da oftalmoloq Cahid Şahbazov tərəfindən səhv diaqnoz qoyularaq göz əməliyyatı olunduqdan sonra görmə qabiliyyətini itirməsi ilə bağlı iddialar yayılıb. Faktla bağlı Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.1-ci (səhlənkarlıq - vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.
Faktla bağlı açıqlama verən Cahid Şahbazovun vəkili Asim Abbasov bildirib ki, müvəkkili cinayət məsuliyyətinə cəlb olunmayıb, yalnız fakt üzrə cinayət işi açılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












