Tank bölmələrində intensiv döyüş hazırlığı məşğələləri keçirilir - VİDEO

2023-cü ilin hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrində döyüş hazırlığı üzrə məşğələlər keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məşğələlərə başlamazdan əvvəl heyət üzvlərinə təhlükəsizlik qaydaları çatdırılıb.
Ərazinin maketi üzərində qəbul edilən qərarlara dair məruzələr dinlənilib. Sonra müdafiədə tank taqımının atəşinin idarə olunması, həmçinin şərti düşmən üzərinə dərinlikdən irəliləməklə hücum üzrə tapşırıqlar yerinə yetirilib.
Tankçılarımız döyüş maşınlarının idarə olunması zamanı ərazidə təbii və süni maneələri dəf edərək, qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə yerinə yetiriblər.
Hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə keçirilən tədbirlər davam edir.
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












