“Tarqovı”da qadına əxlaqsız hərəkət edən şəxs həbs edildi

Bir neçə gün əvvəl Bakı şəhərinin Səbail rayonu ərazisində - “Tarqovı”da qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.
Avtosfer.az-ın əldə etdiyi məlumata görə, naməlum şəxs sentyabrın 1-də saat 20 radələrində piyadaların hərəkət etdiyi ərazidə mağazadan çıxan iki qadına yaxınlaşıb. O, qadınların birinin geyiminə və bədəninə əl ataraq əxlaqsız hərəkətlər etməyə başlayıb. Qadının qışqırmasını və ətrafa digər şəxslərin yaxınlaşdığını görən şəxs daha sonra qaçaraq ərazidən uzaqlaşıb.
Polisin həyata keçirdiyi tədbirlərlə hadisəni törədən şəxsin Qobustan rayonu, Şıxzahırlı kənd sakini 1994-cü il təvəllüdlü R.Babayev (şərti) olması müəyyən edilib. O, saxlanılaraq ərazi üzrə Səbail RPİ-nin 39-cu Polis Bölməsinə gətirilib və barəsində inzibati protokol tərtib edilib.
Saxlanılan şəxs daha sonra Səbail Rayon Məhkəməsinə aparılıb. O, məhkəmədə deyib ki, hadisə vaxtı həddindən artıq sərxoş olduğu üçün hərəkətlərini idarə edə bilməyib: “Həmin gün günorta saat 4-5-də 28 may adlanan ərazidəki kafelərdən birində 10-12 bakal (pivə) spirtli içki içmişdim. Axşam saat 7 radələrində Səbail rayonunda yerləşən Malakan bağına gəldim. Bir müddət orada və yaxınlıqda yerləşən “Tarqovı”da gəzişdim. Saat 8 radələrində oradakı mağazadan 2 qadının çıxdığını gördüm, içkinin təsiri altında öz hərəkətlərimi idarə edə bilmədiyimə görə onlardan birinə yaxınlaşaraq əlimlə toxundum. Daha sonra taksi ilə evə getdim. Ümumiyyətlə içki içən deyiləm, bu əməli törədərkən içki olduğuma görə özümdə olmamışam”.
Səbail Rayon Məhkəməsinin qərarı ilə xuliqanlıq etmiş şəxsə 5 sutka inzibati həbs cəzası verilib.
Qafqazinfo
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb
Bakının 30 yol sahəsində təmir işləri YEKUNLAŞDIRILIB
Bakının hansı rayonlarında kirayə ev tutmaq baha başa gələcək? - VİDEO
Sərhəd buraxılış məntəqələrində gözləyən yük maşınlarının sayı AÇIQLANDI
Bakıxanovda məhəllənin ortasında yanğın baş verib - VİDEO
Kamran Əliyev həmin polkovniki qəbul etdi - İcra başçısı həbs edilə bilər? - FOTO
Bakıda dəhşətli qətl baş verdi - FOTO
Vətəndaş "Xalq 11" lizinq şirkətindən şikayətçidir - VİDEO
Sərnişinlərin NƏZƏRİNƏ: Səkkiz marşrutun hərəkət istiqaməti dəyişdirildi
Bakıda mənzillər ancaq bu halda ucuzlaşa bilər - AÇIQLAMA
Bakının iki küçəsində hərəkət MƏHDUDLAŞDIRILACAQ










