Tayqada itkin düşən uşağın tapıldığı anlar - FOTO - VİDEO

Ural tayqasında yoxa çıxan doqquz yaşlı Kiril Botov iki gün sonra sağ tapılıb. Onu çoxlu ağcaqanad sancıb, lakin həkimlər başqa bir zədə qeydə almayıblar.
Bu barədə lenta.ru xəbər yayıb.
Uşağın xilasetmə əməliyyatı ilə bağlı video sosial şəbəkələrdə paylaşılıb.
O, ac və susuz olub, ilk növbədə atasının harada olduğunu soruşub. Kiril cığırdan çıxdıqdan sonra azdığını, meşədə uzun müddət dolaşdığını, yatdığını, sonra adının çağırıldığını eşidərək cavab verməyə başladığını deyib.
Qeyd edək ki, uşaq atası ilə birlikdə turist qrupunun tərkibində Ural silsiləsinə səfəri zamanı itkin düşmüşdü. Belə ki, yürüş zamanı 46 yaşlı atanın ayağı ağrıdığından sürətlə yeriyə bilmir, soyuq və küləkli havaya görə, oğlunun düşərgəyə tək qayıtmasına icazə verir. Ata düşərgəyə çatdıqdan sonra oğlunun yoxa çıxdığı məlum olub. Turistlərin axtarışı nəticə vermədikdən sonra, polisə müraciət edilib.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO















