Tbilisidə Mirzə Fətəli Axundov küçəsinə yeni ünvan lövhələri vurulub - FOTO

Tbilisidə Azərbaycan dramaturgiyasının banisi, böyük mütəfəkkir, ictimai xadim Mirzə Fətəli Axundovun (1812-1878) adını daşıyan küçəyə yeni ünvan lövhələri vurulub.
Avtosfer.az xəbər verir ki, şəhərin Krtsanisi rayonunda, tarixi Abanotubani məhəlləsində yerləşən küçədə 13 lövhə quraşdırılıb.
Yeni lövhələrin quraşdırılmasını Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyinin müraciəti əsasında Tbilisi Şəhər Şurasının Ad və simvolika üzrə Komissiyası həyata keçirib.
Muzeyin direktor müavini Leyla Əliyeva “Report”a bildirib ki, küçəyə M.F.Axundov haqqında məlumatlandırıcı lövhənin də vurulması planlaşdırılıb.
Onun sözlərinə görə, böyük ədibin anadan olmasının 210-cu, həmçinin muzeyin təsis olunmasının 40-cı ildönümü ilə əlaqədar tədbirlər planı hazırlanıb və dramaturqun adını daşıyan küçəyə yeni lövhələrin vurulması da məhz bu plan çərçivəsində həyata keçirilib.
Qeyd edək ki, küçəyə M.F.Axundovun adı 1930-cu ilin əvvəllərində verilib. Tbilisi şəhərinin 1934-cü ilə aid baş planında bu küçəyə rast gəlinir. Küçədə mövcud ünvan lövhələri olduqca köhnə və yararsız halda idi.
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsinin 66 illik ömrünün 44 ili Tbilisinin payına düşüb. O, 1878-ci ilin martın 10-da Tbilisidə vəfat edib, məzarı Nəbatat bağı ərazisindəki panteonda yerləşir.
“Report”
Sürücülər bu xəbəri mütləq oxusun! - XƏBƏRDARLIQ
Sahil Babayevdən ŞOK ANONS - Bu məmurların PULU KƏSİLİR
Dövlət qurumları üçün xidməti parklanma ilə bağlı QƏRAR - FOTO
İlham Əliyev onları təltif etdi - Siyahı
Ruslan Eyyubov həbsdən azad edildi
Bakıda yeni yol salınacaq - Bu prospektlərlə birləşəcək - VİDEO
Nicat Əlibəyli yenidən sığorta sektoruna qayıtdı - Direktor təyin olundu
Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində - FOTO - YENİLƏNİB
İlham Əliyev Qurban Qurbanovla bağlı SƏRƏNCAM İMZALADI
Prezidentdən MÜJDƏ - Rəsmən açıqladı
Sərnişin qatarı Tbilisidən Bakıya yola düşüb - VİDEO










