TDT ölkələri QHT-lərinin Həmrəylik Günü qeyd oluna bilər

"Noyabrın 24-nün Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin QHT-lərinin Həmrəylik Günü kimi qeyd edilməsi təklif olunub".
Avtosfer.az "Report"a istinadla xəbər verir ki, bu təklifi "Ortaq Dəyərlər" İctimai Birliyinin sədri Aqil Camal TDT ölkələri QHT-lərinin Həmrəylik Forumunda keçirilən "Azərbaycan-Qazaxıstan QHT-lərinin əməkdaşlıq Forumu" adlı paneldə səsləndirib.
O, Azərbaycanın türk dünyasının inkişafı üçün böyük işlər gördüyünü vurğulayaraq bu çərçivədə Azərbaycan-Qazaxıstan əməkdaşlığının genişləndirilməsi istiqamətində mühüm addımlar atıldığını vurğulayıb.
A.Camal daha sonra Xəzər dənizinin ekoloji problemlərinə diqqət çəkib. QHT rəhbəri hər iki ölkənin ictimai təşkilatlarının Xəzərin dayazlaşması probleminə qarşı birgə fəaliyyət göstərmələrinin vacibliyini bildirib.
Qeyd edək ki, bu gün Bakıda ilk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumu baş tutub. Forumda Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Şimali Kipr Türk Respublikası vətəndaş cəmiyyətlərindən ümumilikdə 500-dən çox nümayəndə iştirak edir.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












