"Təbii qaz istehlakımızı 50 faiz azaltmışıq" - ADY sədri

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) ötən il təbii qaz istehlakını təxminən 50 % azaldıb.
Avtosfer.az xəbər verir ki, bunu ADY-nin sədri Rövşən Rüstəmov qurumun dekarbonizasiya üzrə layihəsinin təqdimat mərasimində bildirib.
Onun sözlərinə görə, dekarbonizasiya sahəsi Asiya İnkişaf Bakı (ADB) ilə tərəfdaşlıqda mərkəzi rol oynayır: "ADB bir çox sahələrdə etibarlı tərəfdaş olub və bu gün əməkdaşlığımızı yeni, transformativ istiqamətə aparırıq. ADY ADB ilə hərtərəfli dekarbonizasiya proqramı üzərində işləyən Qafqaz və Mərkəzi Asiyanın ilk dövlət dəmir yolu şirkəti olmaqdan qürur duyur. Birlikdə, biz artıq ADY-nin Dekarbonizasiya Siyasəti və Çərçivəsini hazırlamışıq, bununla da Azərbaycanın Milli İnkişaf Strategiyaları, ADY-nin 2030 Strateji İstiqamətləri, "Paris Sazişi" və qlobal dayanıqlılıq standartları ilə güclü uyğunluğu təmin edirik. İndi isə bu layihə vasitəsilə biz həmin strateji çərçivəni praktikaya çevirməyə başlayırıq".
O qeyd edib ki, bu gün təqdim olunan layihə Azərbaycanın dəmir yolu infrastrukturu boyunca bərpa olunan enerjinin inkişafına yönəlmiş tam strukturlaşdırılmış investisiya proqramını hazırlamağa kömək edəcək: "Texniki aspektlərdən əlavə, araşdırma layihənin həm təsirli, həm də dayanıqlı olmasını təmin etmək üçün maliyyə, iqtisadi, ekoloji və sosial ölçüləri nəzərdən keçirəcək. Bu layihə Azərbaycanın Şərqlə Qərb, Şimalla Cənub arasında getdikcə daha mühüm nəqliyyat mərkəzi kimi ortaya çıxdığı zamanda həyata keçirilir. Orta Dəhliz və "Şimal-Cənub" marşrutu boyunca yük həcmləri artdıqca, dəmir yolu sistemimizin rəqabət qabiliyyəti onun səmərəli, etibarlı və daha kiçik ekoloji izlə işləmək qabiliyyətindən asılıdır. Dekarbonizasiya hər üçünü gücləndirir".
R.Rüstəmov həmçinin vurğulayıb ki, bu təşəbbüs ADY-də artıq yaratdığı təməl üzərində qurulub: "Ötən il ərzində təbii qaz istehlakımızı təxminən 50 % azaltmışıq. Dəmir yolu şəbəkəmizin təxminən 63 %-i artıq elektrikləşdirilib. Biləcəri və Gəncədəki depolarımızda 650-dən çox günəş paneli quraşdırmışıq. Bununla illik 132 min kilovat/saatdan çox təmiz elektrik enerjisi istehsal olunur. Qeyd edək ki, bu, əvvəlki - 2023-cü illə müqayisədə təxminən 70 % çoxdur"./report
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı
Bakı-Tbilisi dəmiryolu marşrutu üzrə gündüz reysi açılacaq?
Gürcüstana qatarla səyahət 40 manat oldu - Yerlərin sayı artırıldı - FOTOLAR
İlham Əliyev ona Agentlikdə yüksək vəzifə verdi - SƏRƏNCAM - FOTO
Prezident vacib fərman imzaladı
Prezident nazirlə bağlı SƏRƏNCAM İMZALADI
Prezident tapşırıq verdi: Bu ilin oktyabr-noyabr aylarından etibarən... - FOTO
Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda son vəziyyət necədir? - VİDEO
“1xBet”də qanunsuz mərc oyunları təşkil edən dəstə tutuldu - Kiberpolisdən əməliyyat - VİDEO










