TƏBİB-in vəzifəli şəxsi məzuniyyətdə olarkən işdən çıxarılıb? - İş otağı da boşaldıldı

TƏBİB-in İnsan Resursları Departamentinin rəhbəri Günəş Qədimova vəzifəsindən azad olunub.
“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Günəş Qədimova TƏBİB-in İdarə Heyətinin sədri Vüqar Qurbanovun müvafiq əmri ilə vəzifəsindən azad edilib.
Vüqar Qurbanovun digər əmri ilə bu vəzifəyə müvəqqəti olaraq Emin Xasiyev təyin edilib.
Günəş Qədimovanın vəzifəsindən azad olunması ilə bağlı “Qaynarinfo”ya ilginc məlumat daxil olub. Belə ki, o, şəxsi işləri ilə bağlı məzuniyyətə gedib. Məzuniyyəti bitib geri qayıtdıqdan sonra ona vəzifəsindən azad olunduğu bildirilib. Hətta xanım məmurun iş otağından kreslosu da götürülüb.
Məsələ ilə bağlı TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Marketinq Departamentinin rəhbəri Zamirə Ədilova bildirib ki, Günəş Qədimovanın əmək müqaviləsinə xitam verilib:
“Məzuniyyətdən geri qayıdandan sonra işdən azad olunması ilə bağlı məlumata gəlincə, elə bir şey yoxdur. Müqavilə müddəti başa çatdığı üçün vəzifəsindən azad edilib”.
''Vaz'' dairəsi kimi tanınan ərazidə sürücülərə TƏHLÜKƏ - VİDEO
Əxlaq normalarını pozan İKİ UŞAQ ANASI SAXLANILDI
İki məktəbin fəaliyyəti dayandırılacaq - RƏSMİ
Bakı sakinlərinə ŞAD XƏBƏR - Tıxaclara çarə tapıldı
Bakıda bu yollarda məhdudiyyət ARADAN QALDIRILDI
Bu icra başçısı general rübəsində imiş - Maraqlı faktlar - FOTO
Bakıda əcnəbi işçilərə yüksək maaş verilməsinin səbəbi nədir?- AÇIQLAMA
Rövşən Tağıyev: "Skuterlərlə bağlı qayda pozuntuları ciddi təhlükə yaradır" - FOTO
Dəhşətli qəzada ölən Nazim, Firuzə və Pərvinin FOTOLARI
Bəzi marşrutların hərəkət sxemi müvəqqəti dəyişdirilir
Bakıda yeni metro stansiyasının adı AÇIQLANDI










