Təcili tibbi yardımla əlaqədar “vahid pəncərə” sistemi qurulur

Təcili tibbi yardım çağırışlarında “vahid pəncərə” sistemi tətbiq olunacaq.
Bunu TƏBİB-in İctimaiyyətlə əlaqələr və marketinq departamentinin rəhbəri Zamirə Ədilova deyib.
Onun sözlərinə görə, təcili və təxirəsalınmaz tibbi yardımda xidmət keyfiyyətinin artırılmasında təchizatla yanaşı kadr təminatının da artırılması vacibdir.
"Urbanizasiya yüksək olan ərazilərdə tələbat daha çoxdur. Əlbəttə ki, çatışmazlıqlar da var, aradan qaldırılması üçün çalışırıq. Obyektiv və qeyri-obyektiv səbəblərdən gecikmələr də qeydə alınır. Faktlar aşkarlandıqda ölçü götürülür",- deyə Zamirə Ədilova bildirib.
TƏBİB rəsmisi hazırda xidmətin optimallaşdırılmasının həyata keçirildiyini deyib: “Söhbət Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, “113” Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının Avtobazasının fəaliyyətinin bir mərkəzdə - Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi kimi birləşdirilməsindən gedir. “Vahid pəncərə” sistemi qurulur ki, bu da xidmət keyfiyyətinin yüksəldilməsi, təcili, təxirəsalınmaz tibbi yardım xidməti göstərən əməkdaşların bilik və bacarıqlarının eyni dərəcədə artırılması, vahid standartlar əsasında iş prinsipinin tətbiqinə hesablanıb”.
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO












