Təcili yardımı 39 min 325 dəfə əsassız çağırıblar

2025-ci ilin 10 ayı ərzində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri üzrə ümumilikdə 39 325 əsassız çağırış qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Nəzrin Adıgözəlzadə paylaşım edib.
O bildirib ki, əsassız çağırışlar təcili tibbi yardım resurslarının düzgün istiqamətlənməsinə mane olmaqla yanaşı, həqiqətən yardıma ehtiyacı olan şəxslərə xidmətin vaxtında göstərilməsinə də mənfi təsir göstərir.
“Bu səbəbdən vətəndaşlardan xahiş olunur ki, yalnız həqiqətən təcili tibbi yardıma ehtiyac olduqda 103 xidmətinə müraciət etsinlər.
Çağırışlar çeşidlənərək optimallaşdırılır və növbəlilik prinsipi ilə icra olunur. Çağırışlar “təcili” və “təxirəsalınmaz” olmaqla iki əsas kateqoriyaya ayrılır. İlk olaraq təcili çağırışlar, daha sonra isə təxirəsalınmaz çağırışlar qeydə alınır və icra edilir.
Qaydalara əsasən, təcili yardım 15-20 dəqiqə ərzində, təxirəsalınmaz çağırışlar da isə 1 saat ərzində ünvana çatmalıdır.
Təcili çağırışlara ürək dayanması, ağır travmalar (yol-nəqliyyat hadisələri, çoxsaylı sınıqlar və s.), insult və infarkt əlamətləri, tənəffüsün dayanması və ya boğulma halları, şüur itkisi, qanaxma, doğuş və s. aiddir.
Təxirəsalınmaz çağırışlara isə yüksək hərarət, arterial təzyiqin yüksəlməsi, baş ağrısı və s daxildir. Tövsiyə olunur ki, vətəndaşlar təcili olmayan hallar üzrə poliklinikalara və sahə həkimlərinə müraciət etsinlər”,- deyə o əlavə edib.
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!











