Təhlükəli yüklərin təyyarə ilə daşınmasına dair tələblər

Təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair tələblər müəyyənləşir.
Avtosfer.az xəbər verir ki, bu barədə yeni hazırlanan “Aviasiya haqqında” qanunda əks olunub.
Belə ki, Azərbaycan Respublikasının ərazisinə və ərazisindən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasını həyata keçirmək istəyən istismarçılar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) icazə alırlar.
-Bu Qanunun 47.1-ci maddəsində nəzərdə tutulmuş fəaliyyəti həyata keçirmək üçün xarici dövlətdə müvafiq icazə almış xarici dövlətlərin istismarçıları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) həmin icazənin tanınması üçün müraciət edirlər.
-İstismarçı sertifikatına malik istismarçılar həmin sertifikatda təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına dair qeyd olduqda bu fəaliyyətlə məşğul ola bilərlər.
-Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təhlükəli yüklərin mülki hava gəmilərində daşınması qaydalarını müəyyən edir. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyən edilmiş təhlükəli yüklər də nəzərə alınmaqla, beynəlxalq texniki tələblərə (şərtlərə) uyğun olaraq, təhlükəli yüklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir və mütəmadi olaraq yenilənir.
-Bu Qanunun 47.4-cü maddəsində nəzərdə tutulan qaydaya uyğun olaraq təsnifləşdirilməyən, sənədləşdirilməyən, sertifikatlaşdırılmayan, qablaşdırılmayan, markalanma nişanı olmayan və işarələnməyən təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınmasına yol verilmir.
-Hərbi avadanlığın (ləvazimatların), hərbi avadanlıq (ləvazimatlar) hesab edilməyən təhlükə potensiallı, o cümlədən xüsusilə təhlükəli yüklərin (malların) mülki və eksperimental hava gəmiləri ilə daşınmasına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icazə verilir. Mülki və eksperimental hava gəmilərində daşınmasına icazə verilən hərbi avadanlığın (ləvazimatların) siyahısını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir.
-Təhlükəli yüklərin hava yolu ilə daşınmasında iştirak edən personal müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş qaydada təhlükəli yüklərin daşınması ilə bağlı hazırlıq keçməlidir.
-“Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin 2-ci hissəsinin 2.2-ci bəndində nəzərdə tutulan ekoloji təhlükə yaradan maddələrin hava yolu ilə daşınmasına yol verilmir.
-Hava gəmisində daşınmasına icazə verilən bir-birinə təsir edə biləcək təhlükəli yüklərin daşındığı yük vahidlərinin yaxın məsafədə və ya sızma nəticəsində qarşılıqlı təsirə səbəb ola biləcək vəziyyətdə yerləşdirilməsinə yol verilmir.
-Hava gəmisinin sərnişin salonunda, yük və baqaj bölmələrində daşınmasına yol verilən təhlükəli yüklərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
-Uçuşların təhlükəsizliyinə və ya aviasiya təhlükəsizliyinin təmin edilməsinə təhdid yarandığı hallarda təhlükəli yüklərin daşınmasını həyata keçirən hava gəmisinin uçuşuna müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən qadağa qoyulur.
Metronun "Memar Əcəmi" stansiyasının girişində təhlükəli vəziyyət yaranıb? - RƏSMİ AÇIQLAMA
Müslümovla Hacıyevin əmlakları satışda - 350 minlik mənzil, avtomobillər… - FOTO
Həbs edilib azadlığa buraxılan məmurun milyonluq əmlakları satışa çıxarılır - ŞOK SİYAHI
Dörd ay əvvəl tutulan şirkət rəhbəri həbsdən buraxıldı - FOTO
“İnanın mənə, bu, xoş hissdir” - Prezident sülhdən danışdı
Prezident Davosda “Euronews”a müsahibə verdi - FOTOLAR - YENİLƏNİB
Fidan Azərbaycanla bağlı sevindirici xəbəri açıqladı
Bakıda piyada zonaları ilə bağlı VACİB MƏQAM - "Bunu etməsələr, effekt verməyəcək" - FOTO
Bakının bu rayonlarında söküntü planlaşdırılır - VİDEO
Prezident bu məmuru yüksək vəzifədən azad etdi - SƏRƏNCAM - FOTO
Azərbaycanda 6 gün qar yağacaq - XƏBƏRDARLIQ











