“Təki evimizə qayıdıb orada adam balası kimi yaşayaq” - Aqil Abbas

“Ağdam 60 minlik şəhər idi, indi orada 100 minlik şəhər tikilir”.
Avtosfer.az xəbər verir ki, bunu deputat Aqil Abbas Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib.
“Bizim qarşımızda çıxış edən nazirlər nə Norveçin, nə də Almaniyanın idi. Onlar böyük müharibədən çıxmış və hələ də müharibə təhlükəsiz qurtarmamış bir ölkənin nazirləri idi. Yəni dövlət büdcəsi üçün böyük əziyyət çəkiblər.
Hamı dedi ki, kəndimizdə qaz yoxdur, su, yol, məktəb yoxdur. Bunu cari məsələyə çevirdilər. Bir müddət qazsız, susuz, məktəbsiz qala bilərik, əsas odur ki, müharibədən çıxmışıq, bilirik neçəyə başa gəlir.
İndi Qarabağ tikilir. Mən oradakı şəhərlərə İlham Əliyevin şəhərləri deyirəm. 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir. Ermənilər Qarabağa 800 milyard dollar ziyan vurub və onu qısa müddətdə həll etmək mümkün deyil. Xahiş edirəm, növbəti müzakirəni cari məsələyə çevirməsinlər. Qaz da, su da olacaq. Qohum-əqrəbam deyir ki, mənim də kəndimdə qaz yoxdur. Görüşəndə deyirəm ki, 30 ildir qazsız yaşamısınız, Ağdamın, Füzulinin, Kəlbəcərin xətrinə dözün də, qardaşlar. Təki evimizə-eşiyimizə qayıdaq və orada adam balası kimi yaşayaq”, - deyə deputat bildirib.
Spiker Sahibə Qafarova isə Aqil Abbasın fikirlərini təsdiqləyib: “Siz yaxşı dediniz ki, Qarabağ torpağında böyük şəhərlər, kəndlər tikilir. Həmin torpaqlar da qarabağlılara verilir”.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










