Telefonda icra başçısını təhqir etdi - Cərimələndi

Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayevin ünvanına təhqiramiz ifadələr işlədən şəxs məsuliyyətə cəlb edilib.
Avtosfer.az xəbər verir ki, bir neçə gün əvvəl Gəncə şəhər Yeni Qəsəbə yaşayış massivində yaşayan 50 yaşlı N.Salahov dövlət qurumlarının qaynar xəttinə zəng edərək icra başçısının ünvanına nalayiq ifadələr işlədib.
O, sakini olduğu rayonun icra başçısı tərəfindən qəbul edilmədiyini bildirərək əsəbi şəkildə söyüş söyüb.
Məsələ ilə bağlı araşdırma aparılıb və vətəndaş polisə dəvət edilib. Onun əməli ilə bağlı inzibati protokol tərtib edilib.
N.Salahov ifadəsində bildirib ki, müharibə veteranıdır: “Əvvəllər üçüncü dərəcəli müharibə əlili olaraq pensiya alsam da, sonradan əlilliyim ləğv olundu və pensiyam kəsildi. Bu səbəbdən əsəbi halda təhqirlərə yol vermişəm, əməlimdən peşmanam”.
Kəlbəcər Rayon Məhkəməsinin qərarı ilə saxlanılan şəxs 100 manat cərimə edilərək sərbəst buraxılıb.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












