Tərtərdə 59 yaşlı kişi özünü yandırıb - FOTO

Tərtər sakini özünü yandırıb.
APA-nın xəbərinə görə, rayonun Bəyimsarov kənd sakini, 59 yaşlı Qasımov Nüsrət Zöhrab oğlu üzərinə benzin tökərək Tərtər Rayon İcra Hakimiyyəti binasının yaxınlığında özünü yandırıb. N. Qasımov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Ona ilkin yardım göstərilib və ikinci, üçüncü dərəcəli yanıq xəsarətləri diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Tərtər rayon İcra Hakimiyyətindən verilən məlumata görə, rayonun Bəyimsarov kənd sakini, 1962-ci il təvəllüdlü Qasımov Nüsrət Zöhrab oğlu ailə münaqişə zəmnində, həyat yoldaşı Qasımova Şahsənəm Əvəz qızı ondan boşanmaq üçün məhkəməyə mürəcit etdiyi üçün etiraz əlaməti olaraq, Tərtər Rayon İH binasına yaxın yerdə üzərinə benzin tökərək özünü yandırıb.
Hadisə yerinə gələn polis əməkdaşları alovu söndürərək N. Qasımovu Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Vəziyyəti stabildir.
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO












