“TEXNOFEST”in Azərbaycanda daimi keçirilməsi üçün layihə hazırlanır

“Azərbaycanın elm və texnologiyalar sahəsində istedadlı gəncləri çoxdur”.
“TEXNOFEST” festivalında "Furqanoğlu Dəmir Yumruq" stendinin Türkiyə təmsilçisi Melih Erdem deyib.
Onun sözlərinə görə, Azərbaycandan “TEXNOFEST”ə böyük maraq var: "Bu il festivala 1 milyondan çox iştirakçı qatılıb. Türkiyədən sonra ən çox iştirakçı isə Azərbaycandandır. Texnologiya sahəsi ilə bağlı azərbaycanlı gənclər arasında istedadlılar çoxdur. İştirak üçün Azərbaycanın müxtəlif bölgələrindən müraciət edirlər, şərtlərlə maraqlanırlar. Məsələn, keçən il gənclərdən biri süni intellekt vasitəsilə işarə dili proqramı quraşdırıb. Mən onu çox bəyəndim. Digər bir gənc meşə yanğınlarını söndürmək üçün dron hazırlayıb. Başqa biri isə dəniz suyundan hidrogeni ayırıb yanacaq əldə edib. Robort it quraşdıranlar da var. Azərbaycanda həqiqətən yüksək səviyyəli proqramçı gənclər az deyil. Bu məni çox məmnun edir. Bu layihələrin təkrar tətbiqi üçün sərmayə qoyulsa, fikrimcə, daha böyük fayda əldə olunar”.
M.Erdem bildirib ki, iki il öncə Sumqayıt Dövlət Universitetinin (SDU) tələbələri ilə əməkdaşlığa başlayıblar: “TEXNOEST” haqqında müəllim və tələbələrə məlumat verdik. Məlumatlarımız maraq doğurdu və əməkdaşlığa başladıq”.
Ekspert onu da əlavə edib ki, hazırda “TEXNOFEST"in Azərbaycanda daimi keçirilməsi üçün layihələr üzərində çalışırlar. (report)
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA
Pensiyalarla bağlı gözlənilən XƏBƏR
Bakı Limanında yükaşırma göstəriciləri artıb - FOTO
Prezident və xanımı “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında - FOTOLAR - YENİLƏNİB
Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI
Sərnişin sıxlığını azaltmaq üçün hansı addımlar atılacaq? - AÇIQLAMA
Bakı və Sumqayıt arasındakı qatar reyslərinin sayı növbəti dəfə ARTIRILIR
Bu şəxslər üçün GEDİŞ HAQQI daha az olacaq










