Təyyarə ilə sərnişindaşıma əvvəlki vəziyyətinə qayıdır

Beynəlxalq Aeroportlar Şurasının qənaətinə görə Avropa aeroportlarından istifadə edənlərin sayı gələn il pandemiyadan əvvəlki səviyyəyə çatacaq. Qurum hesab edir ki, bu il köhnə qitənin aeroportlarından istifadə edən sərnişinlərin sayı 2019-cu ildəkinin 95%-i həcmində olacaq.
Avtosfer.az xəbər verir ki, bu rəqəm 6 ay əvvəlki proqnozla müqayisədə 4% yüksəkdir. Gələn il üçün proqnoz isə 2019-cu illə müqayisədə 101,4%-dir.
Koronavirus pandemiyası hava nəqliyyatına ciddi zərbə vurub. 2020-ci ildə sərnişin sayı 70% azalaraq, 2019-cu ildəki 2,4 milyard nəfərdən 728 milyona enib.
2021-ci ildən etibarən təyyarə daşımaları tədricən bərpa olunsa da, insanlar xaricə getməyə risk etmirdilər. Bu səbəbdən beynəlxalq daşımalarda ciddi artım üçün 2022-ci ilin yayını gözləmək lazım gəldi. Həmin ilin avqustunda aviasiya nəqliyyatından istifadə səviyyəsi 2019-cu ildəkinin 97%-i həddinə çatmışdı. Artım ümumi xarakter daşısa da, ölkələr və şirkətlər arasında qeyri-bərabər bölünüb. Turizm destinasiyalarına yaxın aeroportlarda intensivlik daha yüksək olub.
Agentlik sektorda bərpanın ləng getməsinin səbəblərini də göstərib. Bura başlıca olaraq inflyasiya, təyyarə biletlərinin bahalığı və artan geosiyasi təyzyiqlər daxildir.
Beynəlxalq Aeroportlar Şurasının proqnozuna görə 2027-ci ildə sərnişin axını 2019-cu ildəkinin 109%-inə bərabər olacaq.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












