Tibbi sığorta ilə bağlı müraciət prosesi sadələşdirilir

Müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesi sadələşdiriləcək.
Avtosfer.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Tibbi sığorta haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin icbari tibbi sığorta təminatı ilə əhatə olunmayan və sığortaolunan tərəfindən ödənilən müştərək maliyyələşmə məbləği nəzərdə tutulub.
Belə ki, sözügedən Qanunun 16-4.4-1-ci maddəsində təsbit edilən müştərək maliyyələşmə məbləğinə aid hissələrdə Qanunun 15-28.3-cü və 15-28.4-cü maddələrinə əsasən sığortaolunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik tibbi xidmətlərdən istifadə etdikdə və ya icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə etmək məqsədilə yönləndirildiyi tibbi ərazi bölməsindən kənar yerləşən dövlət tibb müəssisəsinə müraciət etdikdə müştərək maliyyələşmə məbləği ödəməlidir.
Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta üzrə Xidmətlər Zərfi”nin 10-cu hissəsində müştərək maliyyələşmə məbləği tətbiq edilən hallar göstərilmişdir. Ümumilikdə, icbari tibbi sığorta göndəriş sistemi üzərində qurulmuşdur və göndəriş sxemi pozulduqda müştərək maliyyələşmə məbləği tətbiq edilir. İlkin tibbi-sanitariya yardımı göstərən dövlət tibb müəssisəsinin göndəriş vermək hüququ olan halların Xidmətlər Zərfi ilə müəyyən edilməsi maliyyələşmə münasibətlərinin də dəqiq icrası ilə nəticələnəcək.
Eyni zamanda Qanunun 16-4.5-ci maddəsinə münasibətdə, bu Qanunun 15-2.2.4-cü maddəsində nəzərdə tutulmuş digər sığortaolunanlar üzrə sığorta haqlarının yığımının 2025-ci il yanvarın 1-dən etibarən başlanılması nəzərdə tutulub.
Yuxarıda göstərilənləri nəzərə alaraq icbari tibbi sığortanın tətbiqindən məmnunluq səviyyəsini təmin etmək, habelə ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsi üçün zəruri tədbirlər görmək, əhalinin həssas təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsini təmin etmək məqsədilə “Tibbi sığorta haqqında” Qanunun 16-4.4-1-ci və 16-4.5-ci maddələrinə müvafiq dəyişiklik edilərək bu Qanunun müştərək maliyyələşmə məbləğinə aid hissələrində 15-10.1.5-ci və 15-28.3-cü maddələrinin tətbiqinin 2026-cı il 1 yanvar tarixindən həyata keçirilməsi məqsədəmüvafiq hesab olunur.
Həmçinin 15-28.4-cü maddənin ləğv edilməsi ilə tibbi xidmətlərin icbari tibbi sığorta vəsaiti hesabına təmin edilməsi zamanı, sığortaolunanların ixtisaslı həkim müayinəsi üçün inzibati ərazi vahidindən asılı olmayaraq müştərək maliyyələşmə məbləği tətbiq edilmədən müraciət prosesinin sadələşdirilməsi istiqamətində müsbət addım atılacaq.
Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü III qəbul edilib.
Xocavənddə mina partlayışı: Yaralanan şəxsin vəziyyəti açıqlandı - YENİLƏNİB
Xocalının Şuşakəndində ilk körpə dünyaya gəlib - FOTO
Tovuzda minik avtomobili yük maşınına çırpılıb, xəsarət alan var - FOTO
Prezidentdən Nəriman Həsənzadənin vəfatı ilə bağlı NEKROLOQ
Baş nazir azad edilmiş ərazilərlə bağlı qərar imzaladı
Yeni fond yaradılacaq - Prezident təsdiqlədi
Prezident bu QANUNU TƏSDİQLƏDİ
Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR
İranın Hörmüz boğazı ilə bağlı yeni qərarı daha çox ABŞ-yə sərf edir - POLİTOLOQ - FOTO
Tovuz döyüşləri Ermənistanın əsl niyyətini ortaya qoydu - POLİTOLOQ - FOTO
İlham Əliyev Fərman İmzaladı










