“TikTok“da polisi söyən gənc cəzalandırıldı
Xəbərlər
8 Sentyabr 2022 15:14

Göyçay rayonunda “TikTok” sosial şəbəkəsində polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədən yeniyetmə cəzalandırılıb.
Avtosfer.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Pənah Quliyev (ad və soyad şərtidir) bu əməlindən sonra polis şöbəsinə aparılıb. O, şöbədə polis əməkdaşlarının tələblərinə tabe olmayıb. Bundan sonra barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni tələbinə tabe olmama) maddəsi ilə protokol tərtib olunaraq Göyçay Rayon Məhkəməsinə göndərilib.
Məhkəmədə izahat verən təqsirləndirilən şəxs bildirib ki, törətdiyi əməlindən peşmandır. Pənah Quliyevin inzibati xətanı törətməsi sübuta yetirilib.
Qərara əsasən, o, 200 manat məbləğində inzibati cərimə olunub.
Yenisabah.az
Oxunub : 1996
DİGƏR XƏBƏRLƏR
29 Sentyabr 2026 20:53
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
29 Sentyabr 2026 18:53
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir
28 Sentyabr 2026 18:47
Sərnişinlərin NƏZƏRİNƏ: "28 May" və "Şamaxinka"da dəyişiklik - FOTO
28 Sentyabr 2026 18:23
Şuşada maşın minaya düşdü: Xəsarət alan var
26 Sentyabr 2026 19:52
Hava ilə bağlı XƏBƏRDARLIQ: Sulu qar yağacaq
26 Sentyabr 2026 18:12
General-leytenant şəhid anaları ilə görüşdə ağladı - VİDEO
26 Sentyabr 2026 16:19
Türkiyədə Azərbaycan əleyhinə informasiya kampaniyasının iştirakçıları müəyyənləşdiriləcək
26 Sentyabr 2026 14:47
Bakı-Astara sərnişin qatarının fəaliyyətə başlayacağı tarix açıqlandı - RƏSMİ
25 Sentyabr 2026 20:33
ADY-dən sərnişinlərin rahat hərəkəti üçün təklif - FOTO
24 Sentyabr 2026 23:02
Duman yollarda görünüşü məhdudlaşdıracaq
24 Sentyabr 2026 21:43
Qubada Rustov-Xanəgah yolunda sürüşmə olub - FOTO
24 Sentyabr 2026 20:20
Saray və Masazırdan keçən sürücülərin gözlədiyi XƏBƏR – Yeni yol nə vaxt açılır?
ŞƏRH YAZ











