Tiktoker İlhamə Elşadqızının mənzilində axtarış zamanı 200 manat itib?

Sosial şəbəkələrdə özünü şairə kimi təqdim edən İlhamə Əskərovanın (Elşadqızı) cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Avtosfer.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Anar Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin saxlanılmasında iştirak edən polis əməkdaşları ifadə verərək İlhamə Əskərovanın mənzilində narkotik maddənin aşkar olunduğunu bildirib, buna görə də videoçəkiliş aparılaraq istintaqa təhvil verildiyini deyiblər.
İ.Əskərova əməliyyatçıların mənzildə axtarış apardıqları zaman anasının da orada olduğunu desə də, əməliyyatçılar bunu təkzib ediblər.
Bununla yanaşı, mənzilindən 200 manatının yoxa çıxdığını iddia edən tiktoker bunun axtarış zamanı baş verdiyini desə də, ifadə verən polis əməkdaşları bunu onlara atılan iftira kimi qiymətləndiriblər.
Əməliyyatçı prokurorun suallarını cavablandıraraq İ.Əskərovanın mənzilində tapılan narkotik maddənin paltar dolabındakı əl çantasının içində aşkar olunduğunu deyib.
Tiktoker ifadəsi zamanı məhkəmədən barəsində açılmış cinayət işinin obyektiv araşdırılmasını istəyib.
Xatırladaq ki, İlhamə Əskərovaya qarşı Cinayət Məcəlləsinin 234.1-1 (Satış məqsədi olmadan külli miqdarda qanunsuz narkotik vasitələr və ya psixotrop maddələri saxlama və ya daşıma) maddəsi üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, "TikTok" əməliyyatları çərçivəsində aparıcı Azər Zahid, Emin və Rəşad Abdullayev qardaşları və digərləri saxlanılıblar. Onların barəsində həbs qərarı çıxarılıb.
İlhamə Elşadqızı aparıcı Azər Zahid tərəfindən tiktokerlərin iştirakı ilə təşkil olunan yarışlarda iştirakçı olub.(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












