Tofiq Xanəliyevə cinayət işi açıldı

“Gənclik” Könüllü Tələbə İdman Cəmiyyəti İctimai Birliyinin sabiq sədri, “Fəxri Bədən Tərbiyəsi və İdman İşçisi” Tofiq Xanəliyev barəsində cinayət işi başlanıb.
Avtosfer.az qafqazinfo-ya istinadən xəbər verir ki, T.Xanəliyev 70 min manatdan çox vəsaiti mənimsəməkdə ittiham olunur. Sözügedən cəmiyyətin əsas məqsədi tələbə və gənclər arasında kütləvi bədən tərbiyəsi və idmanın inkişafına dəstək vermək olub. Təqsirləndirilən şəxs idman tədbirləri və yarışlar üçün ayrılmış pulları şəxsi mənafeyinə sərf edib.
O, Baş Prokuror yanında Korrupsiyaya qarı Mübarizə Baş İdarəsi tərəfindən istintaqa cəlb edilib və barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Mənimsəmə cinayətində istintaq orqanının əsas məqsədi dəymiş ziyanın ödənilməsidir. Bu işlə bağlı da 70 min manatlıq ziyanın 40 mini ibtidai istintaq vaxtı ödətdirilib.
64 yaşlı sabiq sədr hazırda həbsdə deyil. Onun barəsində məhkəməyə qədər “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib. Verilmiş ittihamın sanksiya həddində 10 ilə kimi həbs cəzası nəzərdə tutulur. Lakin ziyanın tam ödənilməsi yumşaldıcı hal hesab edilir.
Cinayət işi yaxında Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılacaq.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












