“Toplum TV” və “Abzas Media” işlərində - Yeni faktlar

“Toplum TV”, “Abzas Media” və digərlərinin işi ilə bağlı istintaq araşdırması zamanı maraqlı faktlar üzə çıxır.
Avtosfer.az APA-ya istinadən xəbər verir ki, həbsdə olan şəxslərin etirafları “Toplum TV”, “Abzas Media”, Fakt Yoxla, lll Respublika Platforması və digər bu kimi layihələrin Qərb fondlarının birbaşa sifarişi ilə hazırlandığını göstərir.
Bu layihələrin maliyyə təminatı Qərb fondları tərəfindən müxtəlif üsullarla həyata keçirilib. İşçi təminatı və yerlərdə işin təşkili ilə bağlı məsələlər isə ölkədəki icraçılar tərəfindən təmin olunub.
Layihələrə kim rəhbərlik edib?
Azərbaycanda bütün bu layihələrin başında bilavasitə Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri Akif Qurbanov dayanıb. O, bu strukturlara ümumi rəhbərliyi həyata keçirib. Məsələn, “Toplum TV”nin Ələsgər Məmmədli olsa da, bu layihəyə faktiki rəhbərliyi Akif Qurbanov edib. Çünki Akif Qurbanov xaricdəki koordinatorlarla əlaqə, maliyyə və təşkilati məsələlərin həllində əsas fiqur olub.
Akif Qurbanovun rolu və koordinasiya işləri...
Akif Qurbanov 2019-cu ildən 2023-cü ilə kimi layihələr üçün işçi seçimini belə özü həyata keçirib. Onun iştirakı üçün seçilən şəxslər üçün jurnalistika, hüquq, layihə menecerliyi və digər sahələr üzrə ödənişsiz təlimlər təşkil olunub. Daha sonra isə təlim iştirakçıları Toplum TV, Abzas Media, Fakt Yoxla kimi qurumlara, həm də “Azadlıq” və “Amerikanın səsi” radiolarına işə göndəriliblər. Təlimlərdə mentorluq edənlərin hər birinə bir təlim üçün 200 manat ödənilib.
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












