“Torqovıy”da turistlərə satılan QIZLAR - Sutenyor şəbəkəsini ifşa edən - VİDEO

Bakının mərkəzində fahişəliklə məşqul olanlara himayədarlıq edənlər yəni sutenyorlar peyda olub. Qadınları müəyyən müddətlik turistlərə satan bu şəxslər barədə turist-bloger məlumat yayıb.
Avtosfer.az xəbər verir ki, video çarx hiddət və təəssüf doğurur. Hindistanlı turist-blogerin Bakının mərkəzində çəkdiyi videoda sutenyorların qızları saatlıq, günlük qiymətə təklif etməsi açıq-aşkar görünür. Acınacaqlı olan budur ki, qadın alveri Bakının mərkəzi küçəsində insanların ailə üzvləri ilə gəzib dincəldiyi bir məkanda məşhur “Torqovıy”da baş verir. Sunetyorlar həm də yaxında olan massaj salonunda bütün xidmətlərin göstəriləcəyini qeyd edirlər. Bu fakta əsaslanıb bildirmək olar ki, mərkəzi küçənin ətrafında olan massaj salonu adı altında fəaliyyət göstərən obyektlərin sahibləri turistləri bu vasitə ilə cəlb edir və videoda da deyildiyi kimi, seks, hamam, massaj və digər lazımi xidmətlər göstərirlər.
Görüntülərdən də bəlli olur ki, sutenyorlar artıq geniş təcrübəyə malik şəxslərdir və onların uzun müddətdir bu fəaliyyətlə məşqul olmaları xüsusi diqqət çəkir. Bakıda turistlərin ələlxüsus da ərəb turistlərin artmasından sonra belə halların vüsət alması barədə informasiyalara rast gəlirdik. Bu video isə deyilənlərin həqiqət olduğunu sübut edir. Məsələ ilə əlaqədar ölçü götürüləcəyinə inanmaq olar. Həm də inanmaq istəyirik ki, bu hadisədən heç kim xəbərdar deyilmiş. Nə yaxşı ki, biz bunu təqdim etdik.
Bakının mərkəzini Avropanın iyrənc küçələrinin halına gətirən bu şəxslərin cürəti də təəssüf doğurur. Arsız, “çörəyi” fahişə xidmətindən çıxan sutenyor və massaj salonlarının sahiblərinin başıpozuq komandasını dağıtmaq zamanı nəinki yetişib hətta gecikib də.
Azərbaycanı qarış-qarış gəzən turistin şəxsi youtube kanalında “Azərbaycanlı tək ana evlənmək üçün hindistanlıya evlilik təklif etdi” “Azərbayvcanlı qızlar hindistanlıları sevir” “Azərbaycanda Bakı gecələri” və sair başlıqlı video çarxları da diqqət çəkir.
Hindistanlı turist-blogerin Bakının mərkəzində sutenyorlarla alış-veriş zamanı çəkdiyi videonui təqdim edirik.
(ajans.az)
Bakının bu məktəblərində “Diqqət, uşaqlar!” aylığı keçirildi - FOTOSESSİYA
Sürət həddi endirildi - Sürücülərin NƏZƏRİNƏ!
Bakının bu yolu birdəfəlik BAĞLANIR
Bu yolda sürət həddi endirildi - FOTO
Post-terminalı olmayan taksi sürücülərinə CƏRİMƏ YAZILIR? – RƏSMİ
Süni intellektlə yeni dələduzluq üsulları: DTX vətəndaşlara müraciət etdi - VİDEO
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi












