Tovuzda “cəhənnəm körpüsü” – Sakinlər qorxu içindədir - VİDEO

Tovuzun Qəribli kəndində yerləşən körpü qəzalı vəziyyətdə olduğundan onun üzəri ilə hərəkət etmək olduqca təhlükəlidir. Körpünün istifadə üçün yararsız olması bədbəxt hadisələrə şərait yaradır.
Sütünu yuyulan boru dirəklər, qopan məhəccərlər və yararsız vəziyyətdə olan dəmir örtüklər.
Tovuzun Qəribli kəndini ətraf kəndlərlə birləşdirən körpü qəzalı vəziyyətdədir. Sakinlərin sözlərinə görə zəif külək əsəndə belə həm piyadaların, həm də avtomobillərin hərəkəti qorxuludur.
Körpünün qəzalı vəziyyətdə olması xoşagəlməz hallara şərait yaradır. Yıxılaraq xəsarət alan və dünyasını dəyişən şəxslər də olub. Körpünün gündən-günə deformasiyaya uğraması ciddi təşvişə səbəb olub.
Mövcud problemdən Tovuz Rayon İcra Hakimiyyəti də xəbərdardır. Qurumun memarlıq və tikinti şöbəsinin baş məsləhətçisi Mübariz Məmmədov bildirib ki, sözügedən ərazidə yeni körpünün tikintisi nəzərdə tutulmayıb. Onun əsaslı şəkildə təmir edilməsi planlaşdırılır.
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı












