Toy edənlərin icazə alma qaydası açıqlanıb - VİDEO

Azərbaycanda toy edənlərin icazə alma qaydası açıqlanıb.
Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) Layihə idarəetmə ofisinin müdiri Aynur Qurbanlı "Report"a bildirib ki, şənliklərin keçirilməsi icaze.e-gov.az saytı vasitəsilə təmin olunacaq.
Onun sözlərinə görə, sahibkar (möhür səlahiyyətli şəxs tərəfindən) asan imza və ya elektron imza vasitəsi ilə sistemə daxil olunur: "Növbəti mərhələdə isə sahbkar tərəfindən əməkdaşların icazələri daxil olunur. Əməkdaş əmək müqaviləsi ilə çalışdıqda FİN nömrəsi, vəzifəsi və icazənin başlama və bitmə vaxtı qeyd olunur. Xidməti müqavilə ilə çalışan əməkdaşlarda isə onun VÖEN və FİN nömrələri qeydiyyata alınır. Tədbirin başlanmasına 5 gün qalmış sahibkarlar tərəfindən tədbir haqqında məlumatlar sayta daxil edilir. Tədbirin keçirildiyi obyekt, zalın adı seçilir. Tədbirin başlanma və bitmə saatı, qonaqların sayı Nazirlər Kabinetinin müvafiq qərarında göstərilmiş məkan sahibi ilə toy sahibi arasında olan iltizam sənədinin imzalanmış skan versiyası sistemə daxil edilir və yaddaşda saxlanılır".
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, iyulun 1-dən müəyyən qaydalara əməl etməklə şənlik mərasimlərinin keçirilməsinə icazə verilib.
"Report" videomaterialı təqdim edir:
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO
DTX Masazırda avtomobilləri qəsdən yandıranları həbs etdi
Sürücülərin şikayət etdiyi MƏSƏLƏ: Magistral yollarda yeni qayda...
Media və Yayım Şurasından informasiya dalğaları ilə bağlı ÇAĞIRIŞ
18 marşrutun hərəkət sxemi dəyişdirilir
Vilayət Eyvazov iranlı həmkarı ilə görüşüb - FOTO
Bakıda tramvay nəqliyyatının bərpasında Çexiya şirkətlərinin iştirakı Azərbaycana nə qazandıracaq? - AÇIQLAMA
Müdafiə Nazirliyi məlumat yaydı - VİDEO
Çindən Azərbaycana avtomobil ixracı kəskin azaldı - VİDEO
Sürücülərə xəbərdarlıq: Bu yollarda təlim keçiriləcək












