Toy kortejlərini tənzimləmək üçün maraqlı təklif

Toy kortejlərində yol hərəkəti qaydalarının pozulmasına demək olar hər ölkədə rast gəlinir. Hər ölkə də problemi ayrı yolla həll edir.
Avtosfer.az-ın xəbərinə görə, maraqlı bir həll yolunu da Fransanın Paris regionunda yerləşən Olne-su-Bua bələdiyyəsi tapıb. 88 000 nəfər sakini olan bələdiyyənin sədri bildirib ki, toy edənlər qabaqcadan bələdiyyəyə gələrək mərasimə dəvət edilənlərin davranışına cavabdehlik daşımaqlarına dair yazılı iltizam verməlidirlər. Bu iltizamla bərabər yeni ailə quranlar 1 000 avro (1 800 manat) girov qoymalıdır.
Toy kortejində qayda pozulmadığı təqdirdə bələdiyyə bu pulu geri qaytaracaq, əlavə olaraq yeni ailə quranlara hədiyyə də verəcək.
Əslində bu sistem Fransa üçün yad deyil. Artıq ölkənin ucqarlarında 3 bələdiyyə bu metodu sınayıb. Həmin ərazilərdə əhalinin toy kortejləri ilə bağlı narazılıqları minimuma enib.
Vüqar
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO












