Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin “Newsmax”a müsahibəsini paylaşıb.
Avtosfer.az xəbər verir ki, ABŞ Pezidenti özünün "Truth Social" səhifəsində Hikmət Hacıyevin müsahibəsini “Azərbaycanın Hacıyevi Newsmax-a: Tramp sülh qurucusudur, İranla razılaşma mümkündür” başlığı ilə dərc edib.
Qeyd edək ki, Hikmət Hacıyev sentyabrın 14-də verdiyi müsahibədə ABŞ Prezidenti Donald Trampın Azərbaycanla Ermənistan arasındakı sülh prosesində rolundan danışıb.
“Prezident Tramp və onun vəzifəyə gəlişi ABŞ və Azərbaycan arasında əməkdaşlığı və tərəfdaşlığı tamamilə dəyişdi. Ən vacib məsələ isə sülhdür. O, Cənubi Qafqaz regionuna sülh gətirdi”, – Hikmət Hacıyev bildirib.
O, 2025-ci il avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Donald Trampın iştirakı ilə Ağ Evdə keçirilən görüşü “tarixi məqam” adlandırıb.
“Prezident Trampın liderliyi bu prosesə onun siyasi çəkisini gətirdi və Ermənistanla Azərbaycanı son sülhə gətirdi”, – Hikmət Hacıyev deyib.
Hikmət Hacıyev, həmçinin, Trampın Azərbaycanla ABŞ arasında strateji tərəfdaşlığın yeni mərhələsinin formalaşmasına töhfə verdiyini vurğulayıb.
“Prezident Donald Tramp və Prezident İlham Əliyev ABŞ-Azərbaycan strateji tərəfdaşlığında yeni dövrün əsasını qoyublar”, – o qeyd edib.
Hikmət Hacıyev ABŞ və Azərbaycan arasında strateji dostluq, əməkdaşlıq və tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu və inkişaf etməkdə davam edəcəyini qeyd edib.
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












