Tramp təyyarəsinin İran tərəfindən vurulacağından qorxur

ABŞ Prezidenti Donald Tramp şəxsi təyyarəsinin İran tərəfindən vurula biləcəyindən narahatdır.
Avtosfer.az NTV telekanalına istinadla xəbər verir ki, bu barədə yaxın zamanda nəşr ediləcək və D.Trampın iqtidara yüksəlişindən bəhs edən kitabda məlumat verilir.
Ağ Ev rəhbərinin əndişələri o qədər artıb ki, o, "Trump Force One" təyyarəsindən istifadə etməyi dayandırıb.
Ötən il ABŞ-nin təhlükəsizlik qüvvələri prezident seçkisi zamanı D.Trampa və komandasına İranla bağlı xəbərdarlıq edib. Xəbərdarlıqda deyilirdi ki, Tehran ABŞ-yə "yer-hava" raketləri əldə edə biləcək agentlər yerləşdirib və D.Trampa qarşı sui-qəsd törədilmə ehtimalı var.
Bunun qarşısını almaqdan ötrü görülən təhlükəsizlik tədbirləri çərçivəsində Birləşmiş Ştatların lideri milyarder Stiv Vitkoffa məxsus təyyarə ilə səyahət edib. Lakin D.Tramp bütün təhlükələr fonunda komandasına özünün təyyarəsi ilə uçmağına icazə verib, bu da onları qəzəbləndirib.
Komandası hesab edib ki, D.Tramp onlardan "yem" kimi istifadə edib.(oxu.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












