“Trans şəxslə görüşənlər arasında icra başçısı da vardı” - Hüquqşünasdan ŞOK AÇIQLAMA

Dedektiv yazıçı və hüquqşünas Müşfiq Abbasov sosial şəbəkə hesabında cinsi azlıqlarla bağlı şəxsi müşahidələrini bölüşüb.
Avtosfer.az xəbər verir ki, inun paylaşımı cəmiyyətdə geniş müzakirələrə yol açıb.
Abbasov bildirib ki, Bakı şəhər prokurorluğunda müstəntiq kimi fəaliyyət göstərdiyi dövrdə cinsi azlıq nümayəndəsinin qətlilə bağlı cinayət işinə baxıb və araşdırma zamanı hadisənin bir sıra tanınmış şəxslərlə əlaqəsinin müəyyən edildiyini iddia edib. O yazıb:
“Yalnız bizdə cinsi azlıq nümayəndəsi öldürüləndə hamı qatilə haqq qazandırır. Cinsi azlıq nümayəndələrini mən də sevmirəm, təbiətin yaratdığını dəyişmək məncə düzgün deyil. Amma cinsi azlıqlara meyl edən ‘kişilər’ə nə deyək? Yadımdadır, Bakı şəhər prokurorluğunda müstəntiq olanda bir işi istintaq edirdim. Cinsi azlıq nümayəndəsini Bakı-Sumqayıt yolunun kənarında, Ekologiya postunun yaxınlığındakı ağaclıqda öldürmüşdülər.
Həmin cinayət işini araşdırarkən müəyyən etmişdim ki, bu şəxslə kimlər görüşməyib ki? Biznesmenlər, idmançılar, hətta rayon icra başçısı… Onların hamısının ailələri, həyat yoldaşları var idi. Dindirdikcə xəcalət belə çəkmirdilər.”
Abbasovun paylaşımı sosial mediada həm də münasibət və yanaşma fərqlərinə görə fərqli reaksiyalar doğurub. Bir qisim istifadəçilər onun iddialarını ciddi sosial problem kimi qiymətləndirib, digərləri isə çıxış tərzində və ifadələrində stiqma və ayrı-seçkilik elementlərinin olduğunu vurğulayıb.
Rəsmi qurumlar tərəfindən açıqlanan məlumata görə, cinsi orientasiya fərqindən asılı olmayaraq hər bir vətəndaşın hüquqlarının qorunması qanunvericiliklə təmin olunur, və hər hansı zorakılıq və ya qətl hadisəsi ağır cinayət kimi qiymətləndirilir./32gun
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO













