Turistlərə karantin müddətini yaxtada keçirmək təklif olundu

Tailanda gələn turistlər iki həftəlik məcburi karantin müddətini yaxtada keçirə biləcəklər.
Avtosfer.az AZƏRTAC-a istinadən bildirir ki, xidmətdən istifadə etmək istəyənlərin koronavirus testlərinin nəticələri mənfi olmalıdır. Həmçinin onlar səhhət göstəricilərini, o cümlədən bədən hərarətini, arterial təzyiqi ölçən və GPS vasitəsilə sahibinin yerini müəyyən edən "ağıllı" bilərzik taxmalıdır.
Beləliklə, ölkə hakimiyyəti bu yolla pandemiya səbəbindən böyük maliyyə itkiləri ilə üzləşən turizm biznesinə dəstək olmağa çalışır. Ötən ilin martında turistlər üçün sərhədlərini bağlayan Tailand oktyabr ayından başlayaraq tədricən xarici qonaqları qəbul etməyə başlayıb. Lakin ölkəyə gələn turistlər 14 günlük karantin rejimindən keçməlidir.
Karantin dövrünü yaxtada keçirmək barədə təklifin turizm kompaniyalarına əlavə gəlir gətirəcəyi gözlənilir.
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO












