Şəkidə tarixi binada problemlər var - FOTO

Şəkidə ipəkçiliyin tarixi və onun şəhərin həyatındakı əhəmiyyəti barədə uzun danışmağa lüzum yoxdur. Bu barədə internetdə kifayət qədər məlumat var.
Lakin son illərdə ipək istehsalı azalıb, keçmiş Şəki İpək Kombinatının (indi Azəripək ASC) binalarının bir qismi istifadəsiz qalıb. Bunlardan biri də 3 nömrəli İpək Fabrikinin binasıdır.
Lakin istifadəsiz qalmaq heç də istifadəyə yararsız olmaq anlamına gəlmir. Hansısa bir binanın təyinatını dəyişərək ondan gəlir əldə etmək mümkündür. Təbii ki, müəyyən rekostruksiya aparmaq şərti ilə. Burada da bir güllə ilə 2 dovşün vurmaq mümkündür: şəhərdə turizm obyektlərinin sayı artacaq, müvəqqəti və daimi iş yerləri yaranacaq. Son nəticədə vətəndaş məmnunluğu təmin olunacaq.
Binanın girişindəki elandan məlum olur ki, tikili yerli əhəmiyyətli abidə statusundadır və dövlət tərəfindən qorunur. Çox gözəl. Amma belə qorunma olurmu? Darvazadan içəri nəzər yetirdikdə gördük ki, həyətdə cəngəllikdir, kol-kosun hündürlüyü adamın boyunu aşır. Tikili özü də uçub-tökülür.
Amma ən maraqlısı binanın qarşı deyil, yan tərəfində idi. Xan məscidindən çıxarkən (bu məscidin rekostruksiyası yüksək səviyyədə həyata keçirilib ki, bunu da alqışlamaq lazımdır) binanın ikinci mərtbəsindən boylanan keçiyə rast gəldim. Təəssüf ki, telefonun imkanı daha keyfiyyətli foto çəkməyə imkan vermədi.
Belə bir sual da ortaya çıxır: bu binadan hansı məqsədlə istifadə etmək olar? Cavab da sadədir: buranı ipəkçilik muzeyinə çevirmək mümkündür.
Hazırda Şəki Tarix Muzeyində bərpa işləri gedir. Yəqin ki təmir azı 1 il çəkəcək. Təmirin yüksək keyfiyyətlə aparılacağına əminəm, lakin fakt faktlığında qalır: Bu muzeyin binası Şəki kimi zəngin tarixi olan ərazini bütövlükdə əks etdirmək üçün kiçikdir. Buna görə də, Şəki Tarix Muzeyindən bəzi eksponatları çıxararaq və əlavə əşyalar cəlb edərək İpək Fabrikinin tərk edilmiş binasında ipəkçilik muzeyi yaratmaq mümkündür.
Həm də unutmayaq ki, Şəki Azərbaycanda manufaktura istehsalının ilk mərkəzlərindəndir.
Digər tərəfdən, Muzeyin tarixi binada yerləşməsi ona xüsusi bir kolorit verər.
Uçulub-dağılan binaya yeni həyat verməklə ərazidə turistlərin görə biləcəyi yerlərin də sayını artırmaq mümkündür. Bu da heç şübhəsiz uzunmüddətli gəlir mənbəyidir.
Vüqar
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ
Bakıda çimərlikdə qadınları çəkib “TikTok”da yayımladı - Onları hansı cəza gözləyir? - VİDEO
Bakıda kabab evində at DNT-si aşkarlanıb - FOTO
Onlayn kazino şəbəkəsinin rəhbəri saxlanılaraq Azərbaycana gətirildi - VİDEO
Azərbaycanda bəzi qurum və təşkilatların istifadəçi hesablarına kiberhücum cəhdləri qeydə alınıb














