Türkiyə "HÜRKUŞ-2" hücum təyyarəsini təqdim etdi

"Türk Havaçılıq Uzay Sanayi" şirkəti "HÜRKUŞ-2" adlı yeni nəsil təlimçi və yüngül hücum təyyarəsini təqdim edib.
Bu təyyarə əsas və təkmil qırıcı pilot hazırlığı, eləcə də çətin mühitlərdə hava dəstəyi missiyalarını yerinə yetirmək üçün nəzərdə tutulub.
Hazırlanan bu təyyarə xaricdə, xüsusilə Afrika ölkələrində diqqəti cəlb edir.
Şirkət, həmçinin Hərbi Hava Qüvvələrinin döyüş atəşinə dəstək qrupları və hava hərəkəti dispetçerlərinin ixtisaslarının artırılması tədbirləri üçün "HÜRKUŞ Air Ground Integration" variantını yaratmışdır.
Yeni təyyarənin aşağı əməliyyat xərcləri və qabaqcıl avionika sistemləri sayəsində əhəmiyyətli imkanlar gətirəcəyi gözlənilir.
"Türk Havacılık Uzay Sanayi" şirkəti Türkiyə Hərbi Hava Qüvvələrinin 122-ci Əsas Uçuş Təlim Eskadrilyasına 55 təkmilləşdirilmiş "HÜRKUŞ-2" təyyarəsini təhvil verməyi planlaşdırır. İlk uçuşun iyun ayında baş tutacağı gözlənilir. (milli.az)
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?
Tələbələrin fotolarını montaj edib şantaj edən şəxs saxlanıldı - VİDEO
Bakı-Qazax yolunda təhlükəli vəziyyət - VİDEO
Nəvəsinin andiçmə mərasiminə gələrək itkin düşən kişinin meyiti tapıldı
Bakı körpülərinin sədləri nə qədər təhlükəsizdir? - RƏSMİ CAVAB
“Sükan arxasında insan həyatı ilə oynamaq bağışlanmaz məsuliyyətsizlikdir” - Rövşən Tağıyev
Məhkəmə generalın qızı ilə bağlı QƏRAR VERDİ
Bakıda külək güclənəcək - XƏBƏRDARLIQ
Zelenski İlham Əliyevlə görüşə gəldi - VİDEO
BBAK-dan oktyabr ayında 150 000-dən çox sərnişin yola salınıb - FOTO
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident












