Türkiyə XİN: “Bu hücumlar Ermənistanın hərbi cinayətləri siyahısında xəcalət vəsiqəsi olaraq yerini aldı”

Türkiyə Xarici İşlər Nazirliyi Ermənistan ordusunun Azərbaycanın münaqişə zonası xaricində olan Bərdə şəhərinə mülki şəxslərə qarşı dünənki vəhşi hücumundan sonra 21 nəfərin ölümü, 70-dən çox insanın yaralanması ilə nəticələnin yeni alçaq və xain hücumunu kəskin tənqid edib.
“Ermənistanın mülki əhalini terror etmək və öldürmək üçün həyata keçirdiyi bu xain siyasət Xocalı qətliamının arxasında duran xəstə zehniyyətin təzahürüdür”, - deyə bildirilən bəyanatda uşaq, gənc, yaşlı demədən mülki əhaliyə qarşı alçaq hücumlar qınanılıb.
Sənəddə bildirilir ki, işğal etdiyi ərazilərdən çıxmamaq üçün bütün vasitələrdən istifadə edən Ermənistan rəhbərliyi ağıl və vicdanını itirmiş şəkildə hərəkət edir.
“Bu, son hücumlar Ermənistanın törətdiyi və məsuliyyət daşıyacağı hərbi cinayətlər siyahısında xəcalət vəsiqəsi olaraq yerini aldı”, - deyə Türkiyə XİN-dən qeyd edilib.
Xarici İşlər qurumu bəyanatın sonunda başda Minsk Qrupu həmsədrləri olmaqla, beynəlxalq ictimaiyyətin Ermənistana reaksiya göstərməsinin vaxtının çoxdan gəldiyini vurğulayıb.
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO
Naxçıvanda benzin qıtlığı var? - SOCAR-dan RƏSMİ CAVAB
Məşhur qadın biznesmenlə bağlı QƏRAR EDİLDİ
Vüqar Əliyev və 651 min manat: Bahalı hədiyyələr kimə sifariş edilib?
Vətəndaşlar şəhərdəki eskalatorların işləməməsindən narazıdır - EKSPERT
Tahir Qədəşovun kürəkəninə 11 il həbs verildi - “Atlant” müsadirə edildi
Badamdarda torpaq sürüşməsi təhlükəsi - VİDEO
Media və Yayım Şurası Fransadan idarə olunan "YouTube" kanalını ifşa edib
Ali məktəblər üçün yeni dövr: Hansı universitetlərə xüsusi status veriləcək?












